Cari ilin 20 fevral tarixində Azərbaycan Standartlaşdırma İstitutunda YAP-ın ilk partiya təşkilatının təsis iclası keçirilib. İclasda YAP-ın Nəsimi rayon təşkilatının aparat rəhbəri Azər Süleymanov açılış nitqi ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və ölkəmizdə ictimai fəal vətəndaşların bütün imkanlarının inkişafa, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, vətəndaşların rifah vəziyyətinin yüksəlməsinə yönəldilməsində çox böyük xidmətləri olan Yeni Azərbaycan Partiyasının bugün Respublikamızın ictimai-siyasi həyatındakı nüfuzu, gənclərin irəli çəkilməsində, məşğulluq imkanlarının artırlmasında, iqtisadi tərəqqinin əldə olunmasındakı rolu haqqında danışdı. Azərbaycan Standartlaşdırma İnstitutunun milli standartlaşdırma orqanı kimi ölkənin iqtisadi həyatındakı əhəmiyyətini nəzərə alaraq ilk partiya təşkilatının yaradılmasına ehtiyac olduğunu vurğuladı.
İclası öz çıxışı ilə davam etdiriən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev İnstitutun fəaliyyət istiqamətləri, keyfiyyət infrastruktunun inkişafı istiqamətdində aparılan islahatların həyata keçrilməsində İnstitutun rolu haqda məlumat verdi.
Eyni zamanda Baş direktor İnstitutun fəaliyyətində partiya üzvlərinin daha fəal iştirakını vurğulamaqla onların işinin kollektivin digər üzvləri üçün örnək olmasına çağırdı, YAP-ın ilk partiya təşkilatının yaradılması ideyasını dəstəklədiyi bildirdi.
İclas iştirakıların yekdil qərarı ilə İnsitutda YAP-ın ilk partiya təşkilatı yaradıldı, partiya təşkilatının sədri N.Tağıyev, sədr müavinləri İnstitutun İnzibati departamentinin direktoru R. Əmircanov və İnstitutun Şimal Ərazi İdarəsinin direktoru B. Yaqubov seçildi, İnstitutun 7 nəfər məsul əməkdaşından ibarət İdarə Heyətinin tərkibi təsdiq olundu.