Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 50001:2018 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”, ISO/IEC 42001:2023 “İnformasiya texnologiyası - Süni intellekt - İdarəetmə sistemi”, AZS ISO 31000:2022 “Risklərin idarə olunması Rəhbəredici göstərişlər”, AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik”, AZS ISO 19011:2022 Əİdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd”, ISO/IEC 17043:2026 “Uyğunluğun qiymətləndirilməsi Səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” standartları üzrə təlimləri uğurla başa vuran iştirakçılara yerli və beynəlxalq sertifikatların təqdimat mərasimi keçirilib.
Tədbirə dövlət qurumlarının və özəl sektorun nümayəndələri də daxil omaqla 30-dan yuxarı iştirakçı qatılıb.
Tədbir çərçivəsində AZSTAND-ın baş direktorunun müavini Səbinə Məmmədli, eləcə də İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev çıxış ediblər. Çıxışlar zamanı AZSTAND-ın ölkədə beynəlxalq standartların tətbiqində rolu, müasir idarəetmə sistemlərinin formalaşdırılması və mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi istiqamətlərində fəaliyyəti diqqətə çatdırılıb.
Sonda təlim proqramlarını uğurla başa vuran iştirakçılara yerli və beynəlxalq sertifikatlar təqdim edilib.
