ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən ISO 14001 beynəlxalq standartı üzrə vebinar keçirilib
21 İyul, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi tərəfindən ISO 14001 “Ətraf Mühitin İdarəetmə Sistemləri” beynəlxalq standartı üzrə sahibkarlar üçün vebinar keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Standartlaşdırma İnstitutu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən vebinar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 2026-cı il üzrə Fəaliyyət Planı çərçivəsində baş tutub.

Vebinarın keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən kiçik və orta biznes subyektləri arasında ekoloji idarəetmə sistemlərinin tətbiqinin təşviqi, ISO 14001 standartının tələbləri barədə məlumatlılığın artırılması və bu sahədə beynəlxalq təcrübənin paylaşılması olub.

Tədbir zamanı iştirakçılara ISO 14001 standartının əsas prinsipləri, müəssisələrdə ətraf mühitə təsirin azaldılması istiqamətində tətbiq olunan mexanizmlər, həmçinin sertifikatlaşdırma prosesi və onun üstünlükləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, standartın tətbiqinin müəssisələrin dayanıqlı inkişafına, resurslardan səmərəli istifadə və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə verdiyi töhfə diqqətə çatdırılıb.

İnteraktiv formatda keçirilən vebinarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.

 

Tarix:

21 İyul, 2026