ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
17 İyul, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) növbəti iclası keçirilib.

İclasda AZSTAND-la yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, “Facility Management Group” və “Tabaterra” QSC-nin nümayəndələri iştirak ediblər. 

Tədbirdə Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq görülmüş işlər müzakirə edilib. Qeyd olunub ki, Fəaliyyət Planında ümumilikdə 60 standartın hazırlanması nəzərdə tutulur və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.

Müzakirələr zamanı standart layihələri üzrə rəy və təkliflər təhlil edilib, eləcə də sənədlərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 21) AZSTAND tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bazasında əmək sahəsi üzrə standartlaşdırma işinin təşkili məqsədilə yaradılıb.


 

 

Tarix:

17 İyul, 2026