ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirilib
24 İyun, 2026

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bazasında yaradılan “Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 57) ilk iclası keçirilib. 

İclasda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və “SOCAR Polymer” MMC-nin nümayəndələri iştirak ediblər.

İclas zamanı Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planı müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilib. Bildirilib ki, cari ildə məhkəmə ekspertizası sahəsində terminologiyaya, tədqiqat obyektlərinin götürülməsi, qeydiyyatı, daşınması və saxlanması qaydalarına, eləcə də soyuq silah və məhkəmə botanika ekspertizalarına dair termin və anlayışlara aid ümumilikdə dörd standartın işlənib hazırlanması nəzərdə tutulur. 

Qeyd: AZSTAND/TK 57 Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 dekabr tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”dan irəli gələn tədbirlərin həyata keçirilməsinə dəstək məqsədilə yaradılıb.

 


 

Tarix:

24 İyun, 2026