ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Süni intellekt sahəsində standartlaşdırma” mövzusunda məlumatlandırma vebinarı keçiriləcək
14 İyul, 2026

 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən AzərbaycanStandartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Süni intellekt sahəsində standartlaşdırma” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək. 

Vebinar 23 iyul 2026-cı il tarixində saat 11:00-12:00 aralığında onlayn formatda təşkil olunacaq.

Vebinarın əsas məqsədi süni intellekt texnologiyalarının inkişafı və tətbiqi prosesində standartlaşdırmanın əhəmiyyəti, bu sahədə mövcud milli və beynəlxalq standartlar, onların tətbiq imkanları, eləcə də gələcək inkişaf istiqamətləri barədə iştirakçıların məlumatlandırılmasıdır.

Tədbir çərçivəsində:

  • qlobal süni intellekt ekosistemində formalaşan əsas inkişaf meyilləri;
  • süni intellekt sahəsində standartlaşdırmanın strateji rolu və üstünlükləri;
  • bu istiqamətdə fəaliyyət göstərən milli və beynəlxalq texniki komitələrin işi;
  • süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslər və layihələr

barədə ətraflı məlumat təqdim ediləcək.

Mövzu ilə maraqlanan bütün tərəflər vebinarda iştirak etməyə dəvət olunur.

Qeydiyyat üçün link:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdv4U9St6j141TbuJyJl1jeURv9eSjCwY-7BVN4kI_nkl60GA/viewform?usp=send_form

 

 

Tarix:

14 İyul, 2026