ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Süni intellekt sahəsində standartlaşdırma” mövzusunda vebinar keçirilib
4 Avqust, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Süni intellekt sahəsində standartlaşdırma” mövzusunda vebinar təşkil olunub.

Dövlət qurumları və özəl sektordan 70-dən çox nümayəndənin qatıldığı vebinar süni intellekt texnologiyalarının inkişafı və tətbiqi prosesində standartlaşdırmanın rolu, eləcə də gələcək inkişaf perspektivləri barədə iştirakçıların məlumatlandırılması məqsədilə keçirilib.

Vebinar çərçivəsində süni intellekt texnologiyalara etimadın formalaşdırılması, risklərin idarə olunması, təhlükəsizlik və şəffaflıq prinsipləri, həmçinin beynəlxalq standartlaşdırma fəaliyyəti barədə məlumat verilib. Həmçinin süni intellekt sahəsində mövcud beynəlxalq standartlar və qəbul edilmiş dövlət standartlarının məqsədi, əhatə dairəsi və tətbiq imkanları iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir zamanı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən  birgə yaradılan ISO/IEC JTC 1 Texniki Komitə, eləcə də onun strukturunda fəaliyyət göstərən ISO/IEC JTC 1/SC 42 “Artificial Intelligence (Süni İntellekt)” alt komitənin fəaliyyəti barədə məlumat təqdim olunub.

Bununla yanaşı, “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə milli Texniki Komitənin (AZSTAND/TK-05)  beynəlxalq standartlaşdırma proseslərində iştirakı haqqında məlumat verilib.

İnteraktiv formatda keçirilən vebinarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktiki nümunələr üzərindən tövsiyələr verilib.

Tarix:

4 Avqust, 2026