ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
22 İyun, 2026

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun bazasında təsis edilən “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası keçirilib.

İclasda AZSTAND-la yanaşı, Energetika Nazirliyi, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “Penoplex Prikavkazye” MMC-nin nümayəndələri iştirak ediblər.

İclas zamanı “2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”na və AZSTAND/TK 10-un 2026-cı il üzrə İş Planına daxil edilmiş “Tikinti materiallarının, məmulatlarının və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları qismində nəzərdə tutulan və beynəlxalq standartlar əsasında hazırlanmış 23 yeni dövlət standartı layihəsi müzakirə olunub.

Müzakirələr zamanı standart layihələri üzrə təqdim olunan rəy və təkliflər nəzərdən keçirilib, sənədlərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin Texniki Komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.

Tarix:

22 İyun, 2026