ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
6 İyul, 2026

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində təsis edilən "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) növbəti iclası keçirilib. 

İclasda həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzinTelecom” MMC, “SOCAR Downstream Management” MMC, SOCAR-AQŞ MMC, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi və “GLENSOL” şirkətinin nümayəndələri iştirak ediblər.

İclas zamanı AZSTAND TK-08-in fəaliyyət planına uyğun olaraq, müvafiq beynəlxalq standartlar əsasında hazırlanmış AZS ISO/IEC 17043:2026 “Uyğunluğun qiymətləndirilməsi - Bacarıq sınağı üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər”, AZS ISO/IEC 17020:2026 “Uyğunluğun qiymətləndirilməsi – İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” və AZS ISO 14001:2026 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartlarının layihələri müzakirə edilib. 

Tarix:

6 İyul, 2026