İdarəetmə sistemlərinin müvafiq standartın (standartların) tələblərinə uyğunluğunun qiymətləndirilməsi müxtəlif növ auditlər üzrə həyata keçirilir. Audit növünün seçimi qarşıya qoyulan məqsədlərdən asılıdır. Bir audit zamanı bir neçə növ auditin kombinasiyası mümkündür.
Auditorların kimin maraqlarına uyğun hərəkət etməsindən asılı olaraq üç əsas audit növündən istifadə olunur. Onlardan biri daxili, digər ikisi isə kənar audit hesab olunur.
Birinci tərəf audititəşkilatın özünü yoxladığı daxili auditdir. Əgər təşkilat öz idarəetmə sistemlərinin yoxlamanılması üçün üçüncü tərəf ekspertlərini cəlb edirsə, bu cür yoxlama yenə də birinci tərəf auditi hesab olunur.
İkinci tərəf auditimüştərinin məhsul (xidmət) təminatçısını (potensial təminatçısını) nəzərdən keçirdiyi auditdir. Bu halda audit sifarişçisi yoxlanılan təşkilatın özü deyil, onun müştərisidir (potensial müştərisidir). Belə auditin əsas məqsədi müştəriyə verilən zəmanətləri təsdiqləməkdir. Müştəri tədarükçünün məhsul tədarük etmək və ya xidmət göstərmək üzrə öhdəliklərini yerinə yetirə biləcəyinə əmin olmaq üçün tədarükçünün (potensial tədarükçünün) auditini sifariş edir. İkinci tərəf auditi zamanı audit müştərisi anlayışı müqavilə münasibətlərində istifadə ediləndən fərqli məna daşıya bilər. Müştəri tədarükçünün (potensial tədarükçünün) auditini keçirmək üçün öz auditorlarını və ya üçüncü tərəf auditorları cəlb edə bilər. Üçüncü tərəf təşkilatı tərəfindən audit aparmaq üçün müştəri tədarükçüyə (potensial tədarükçüyə) məcburi şərtlər irəli sürdüyü halda rəsmi olaraq müqavilə münasibətlərinə əsasən tədarükçü (potensial tədarükçü) audit müştərisinə çevirilir.
Üçüncü tərəf auditimüstəqil təşkilat (İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması orqanı) tərəfindən həyata keçirilən auditdir. Üçüncü tərəf auditi təşkilatın idarəetmə sistemlərinin sertifikatlaşdırılması məqsədi ilə aparılır. Təşkilat öz idarəetmə sistemlərini sertifikatlaşdırma prosesinə hazırladığı zaman müvafiq standartın (standartların) tələblərinə uyğunluğunu yoxlamaq üçün birinci tərəf auditini (daxili auditi) təşkil edir. Daxili auditin nəticəsi müsbət olduğu təqdirdə təşkilat sertifikatlaşdırma orqanına üçüncü tərəf auditi keçirmək üçün müraciət edir.