"Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ ölkədə Standartlar fonduna malik olan yeganə qurum olduğu üçün İnstitutun işçi heyəti bir çox istiqamətlər üzrə ekspert olaraq, beynəlxalq standartların müəssisə və təşkilatlarda tətbiqi ilə bağlı məsləhət xidmətlərinin göstərilməsini uğurla həyata keçirir.
İdarəetmə sistemlərinin tətbiqi təşkilatın və onun alt sistemlərinin müxtəlif aspektlərinə - strateji idarəetmə, istehsal, insan resurslarının idarə edilməsi, maddi-texniki təchizat, daxili məlumat mübadiləsi, sənədlərin idarə edilməsi və s. təsir edən işlərin məcmusudur.
İdarəetmə sistemlərinin tətbiqi kifayət qədər mürəkkəb, zəhmət və vaxt tələb edən iş prosesidir. Müəssisə və təşkilatlarda mövcüd idarəetmə sistemlərinin istənilən beynəlxalq standartın (standartların) tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə sifarişçinin müraciətinə əsasən məsləhət xidmətləri üzrə hazırlanmış layihə çərçivəsində həyata keçirilir.
İdarəetmə sistemlərinin tətbiqi ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi üç mərhələ üzrə aparılır
Tətbiq mərhələlərinin hər biri çoxlu sayda tənzimləyici sənədlərin tərtibi ilə müşayiət olunur.
Birinci mərhələ idarəetmə sistemlərinin tətbiqi çərçivəsində ən kritik mərhələdir. Kritik dedikdə, bu mərhələdə boşluqların düzgün təhlili aparılır.
İkinci mərhələ ən çox vaxt tələb edən intelektual resurs mərhələsidir. Bu mərhələdə idarəetmə sistemləri üzrə sənədlərin strukturu, təsviri, eyniləşdirilməsi, təkmilləşdirilməsi və tətbiqi həyata keçirilir. Təşkilatın əməkdaşlarına müvafiq standartın (standartların) tələbləri üzrə məlumatlandırma, həmçinin daxili auditin aparılması üzrə praktiki təlimlər verilir.
Üçüncü mərhələninəsas məqsədi sertifikatlaşdırma auditindən öncə təşkilatda tətbiq olunmuş idarəetmə sistemlərinin müvafiq standartın (standartların) tələblərinə uyğunluğunu yoxlamaqdır. Nəticədə aşkar olunmuş uyğunsuzluqlar təhlil edilir və onları aradan qaldırmaq üçün müvafiq tədbirlər planı tərtib olunur.