2022-ci ilin 10 ayı ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərə töhfə vermək, dayanıqlı və inklüziv iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramları üzrə müəyyən edilmiş tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 40 yeni dövlət standartı qəbul edilmişdir. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
Aqrar və qida sahəsi üzrə 16 dövlət standartı qəbul edilib:
- AZS 908:2022 “İribuynuzlu qaramalın embrionları. Texniki şərtlər“;
- AZS 175:2022 “Təzə göy soğan Texniki şərtlər”;
- AZS 909-2022 “Likör şərablar, coğrafi göstəricisi qorunmuş likör şərablar, mənşə yerinin adı qorunmuş likör şərablar. Ümumi texniki şərtlər”;
- AZS İSO 22000:2022 "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər".
- AZS 911:2022 “Üzüm tingləri. Texniki şərtlər”;
- AZS 912:2022 “Təbii bal Texniki şərtlər” (AZS 849:2016 əvəzinə);
- AZS 913:2022 “Mühafizəedici geyimlər - Pestisidlərlə işləyənlərin mühafizəedici geyiminə istismar tədbirləri”;
- AZS 914:2022 "Koşer qida. Ümumi rəhbəredici sənəd";
- AZS 910:2022 "Kəsilmiş kənd təsərrüfatı quşlarının əlavə quş əti məhsulları (içalat, baş, boyun, ayaqlar və s). Texniki şərtlər" ;
- AZS 915:2022 "Təzə şüyüd. Texniki şərtlər";
- AZS 917:2022 “Dovşanların yetişdirilməsi və onlara qulluq, dovşançılıq məhsulları. Termin və təriflər”;
- AZS 916:2022 "Meyvə, giləmeyvə, subtropik, qərzəkli meyvə bitkilərinin və çay bitkisinin əkin materialı. Texniki şərtlər";
- AZS 919:2022 "Əl ilə yığılmış xam pambıq. Texniki şərtlər";
- AZS 920:2022 "Maşınla yığılmış xam pambıq. Texniki şərtlər";
- AZS 921:2022 “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər”;
- AZS 922:2022 “Təzə üzüm. Şəkərin kütlə qatılığının təyini metodları”;
Xidmət sahəsi üzrə 2 dövlət standartı qəbul edilib:
- AZS 906:2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər”;
- AZS 907:2022 “Avtomatik identifikasiya. Ştrixkodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları”.
Ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində 1 dövlət standartı qəbul edilib:
- AZS İSO 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik”.
Neft sahəsi üzrə 6 dövlət standartı qəbul edilib:
- AZS İSO 2592:2021 “Neft və əlaqəli məhsullar- Klivlend üsulu ilə alışma və alovlanma temperaturlarının açıq putada təyini”;
- AZS EN 1426:2022 “Bitum və bitumlu büzücülər-iynənin batma dərinliyinin təyini”;
- AZS ASTM D1319:2022 “Flüoressent indikator adsobsiyası ilə neft məhsularında hidrokarbonların növlərinin nəyini üsulu”.
- AZS EN 12596:2022 "Bitum və bitumlu büzücülər. Dinamik özlülüyün vakuum kapilyar vizkozimetr vasitəsilə təyini;
- AZS EN 12607-1:2022 "Bitum və bitumlu büzücülər. Havanın və istiliyin təsiri altında bərkiməyə qarşı davamlıığın təyini. I Hissə”;
- AZS EN 1427:2022 “Bitum və bitumlu büzücülər. Yumşalma temperaturunun təyini. Halqa və kürə metodu”;
Standartlaşdırma sisteminin əsasverici standartlarının yenilənməsi üzrə 3 dövlət standartı qəbul edilib:
- AZS 1.0:2022 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar”;
- AZS 1.2:2022 "Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi.Azərbaycan Respublikasının dövlət standartlarının işlənmə qaydaları" (AZS 1.2:1996 əvəzinə).
- AZS 1.5:2022 "Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Standartların tərtibinə, strukturuna, şərhinə, rəsmiləşdirilməsinə və məzmununa dair ümumi tələblər"
Layihə, proqram və portfelin idarə edilməsi üzrə 2 dövlət standartı qəbul edilib:
- AZS İSO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar”;
- AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Layihənin idarə edilməsinə dair təlimat”.
Qiymətli metallar və qiymətli daşlar üzrə 2 dövlət standartı qəbul edilib:
- AZS ГОСТ P 51572:2022 “Ölçülən qızıl külçələr.Texniki şərtlər”.
- AZS 918:2022 “Qiymətli metallar və onların ərintiləri. Analiz metodlarına dair ümumi tələblər”;
İdarəetmə sistemləri sahəsi üzrə 2 dövlət standartı qəbul edilib:
- AZS İSO 10002:2022 “Keyfiyyəti idarəetmə. Müştəri məmnuniyyəti. Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd”.
- AZS İSO 19011:2022 “İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd”;
İnformasiya texnologiyaları sahəsi üzrə 3 dövlət standartı qəbul edilib:
- AZS ISO/IEC27001:2022 "İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodlarıİnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri.Tələblər" (AZS 494-2010 (İSO-İEC 27001-2005 əvəzinə));
- AZS ISO/IEC 27017:2022 "İnformasiya Texnologiyaları - Təhlükəsizlik Texnikaları - Bulud Xidmətləri üçün ISO/IEC 27002-yə əsaslanan İnformasiya təhlükəsizliyinə nəzarət üçün təcrübə";
- AZS ISO/IEC 17788:2022 "İnformasiya texnologiyaları - Bulud texnologiyası - Ümumi baxış və terminologiya";
Ekologiya sahəsi üzrə 1 dövlət standartı qəbul olunub:
- AZS İSO 7888:2022 "Su keyfiyyəti-Elektrik keçiriciliyinin təyini";
Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:
- AZS PMГ 63:2022 “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət sistemi. Texnoloji proseslərin idarə edilməsi zamanı ölçmələrin səmərəliliyinin təmin edilməsi. Texnoloji sənədlərin metroloji ekspertizası”.
Qadın sahibkarlığının inkişafının təşviq edilməsi məqsədilə 1 dövlət standartı qəbul edilib:
- AZS IWA 34:2022 "Qadın sahibkarlığı.Əsas anlayışlar və ümumi meyarlar" .