ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması işlərinə başlanılıb
15 Aprel, 2025

   Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.

Bu məqsədlə, standartlaşdırma subyektləri və digər maraqlı tərəflər növbəti 3 il ərzində qəbul olunması nəzərdə tutulan dövlət standartları barədə təkliflərini https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram linki üzərindən müvafiq nümunə formasını doldurmaqla 15 gün ərzində təqdim edə bilərlər.

Qeyd edək ki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi və Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, dövlət standartlarının hazırlanması prosesi milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən üçillik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir.

Bu xüsusda, yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən, texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad standartları, müvafiq normativ hüquqi aktlardan irəli gələn tələblər, standartlaşdırma üzrə texniki komitələrin iş planları, beynəlxalq və regional standartlar əsasında dövlət standartlarının qəbulu, müasir elmi-texniki araşdırmaların nəticələri, həmçinin aidiyyəti dövlət orqanlarının və maraqlı təşkilatların təklifləri nəzərə alınmaqla milli standartlaşdırma proqramının layihəsi  Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən formalaşdırılır.

 

 

 

 

 

 

Tarix:

15 Aprel, 2025