Yeni dövlət standartları fərdi mühafizə vasitələri üzrə ümumi texniki tələbləri və sınaq metodlarını müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsini əhatə edən 5 yeni dövlət standartı qəbul edilib:
Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq, istehsalat risklərini azaltmaq, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, sözügedən dövlət standartları 2023–2025-ci illər üçün “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı”na daxil olan “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament”in istinad standartları siyahısına daixildir.
Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
