ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın təşkilatçılığı ilə ISO 14001:2026 standartı əsasında baş auditor təlimi keçiriləcək
11 Avqust, 2026

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 14001:2026 “Ətraf mühiti idarəetmə sistemləri Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartı əsasında baş auditor təlimi keçiriləcək.

Təlim 2026-cı ilin 14-17 sentyabr tarixlərində Esenek eğitim mərkəzinin rəhbəri, təcrübəli təlimçi Halil Çelik tərəfindən tərəfindən onlayn formatda keçiriləcək.

Təlimin məqsədi iştirakçıları ISO 14001:2026 standartının yeni tələbləri, əvvəlki versiya ilə müqayisədə edilmiş dəyişikliklər  və onların tətbiqi ilə yaxından tanış etmək, onlarda ətraf mühitin idarəetmə sistemlərinin planlaşdırılması, qiymətləndirilmə və auditinin aparılması üzrə nəzəri bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Təlim çərçivəsində standartın yenilənmiş müddəaları, iqlim dəyişikliyi ilə bağlı tələblər, risk və imkanların idarə olunması, maraqlı tərəflərin tələblərinin nəzərə alınması, təşkilatın strateji istiqaməti ilə ətraf mühitin idarəetmə sisteminin uyğunlaşdırılması və davamlı təkmilləşdirmə yanaşmaları ətraflı izah ediləcəkdir.

Bu məqsəd çərçivəsində təlim iştirakçılarına aşağıdakı istiqamətlər üzrə bilik və praktiki bacarıqların aşılanması nəzərdə tutulur:

  • ISO 14001:2026 standartının tələblərinə uyğun audit proseslərinin planlaşdırılması, icrası və hesabatlaşdırılması;
  • Audit sübutlarının toplanması və qiymətləndirilməsi;
  • Uyğunsuzluqların müəyyən olunması və düzəldici tədbirlərin qiymətləndirilməsi;
  • Ətraf mühitin idarəetmə sisteminin effektivliyinin artırılması istiqamətində praktiki səriştələrin formalaşdırılması.

Təlimin sonunda keçirilən mövzu üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə Beynəlxalq IRCA təsdiqli Baş auditor sertifikatı təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir. 

Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,

Tel:  (+994 12) 514 96 03 (dax: 115)

mob: (+994 55) 201 18 60

E-mail: z.hagverdiyeva@azstand.gov.az

Tarix:

11 Avqust, 2026