ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib
12 Avqust, 2026

        Tədbir iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını dəstəkləmək, əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqini təşviq etmək, eləcə də işəgötürənlərin və müvafiq sahə üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND),  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə əməkdaşlığı çərçivəsində əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqi və təhlükəsiz əmək mühitinin təşviqi məqsədilə növbəti maarifləndirici tədbir təşkil olunub.

Dövlət qurumlarını və özəl sektoru təmsil edən 25 SƏTƏM mühəndisi tədbirdə iştirak edib.

Maarifləndirici tədbir çərçivəsində AZSTAND-ın nümayəndəsi Nurlan Hacızadə tərəfindən əməyin mühafizəsi sahəsində qüvvədə olan dövlət standartlarının tətbiqi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsində standartların rolu, eləcə də bu istiqamətdə beynəlxalq təcrübə və qabaqcıl yanaşmalar barədə ətraflı təqdimat keçirilib.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix:

12 Avqust, 2026