ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
20 Avqust, 2026

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Sənaye təhlükəsizliyi" standartlaşdırma üzrə Texniki komitənin (AZSTAND/TK50) növbəti iclası keçirilib.

İclasda AZSTAND-ın, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri iştirak ediblər.

İclas zamanı beynəlxalq, Avropa və dövlətlərarası standartlar əsasında hazırlanmış və liftlərə, attraksionlara, yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə, təbii qazın təyini üsullarına, partlayış təhlükəli mühitlərdə iş üçün avadanlıqlara, aşağı gərginlikli elektrik qurğu və avadanlıqlarına, partlayıcı maddələrə və izafi təzyiq altında işləyən avadanlıqlara dair yeni dövlət standartı layihələrinin müzakirəsi aparılıb.

Sonda yeni dövlət standartları layihələri “Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitə(AZSTAND/TK 50) tərəfindən qəbul olunması üçün AZSTAND-a təqdim edilib.

Qeyd: “Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 50) Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzdində yaradılıb. AZSTAND/TK 50-nin yaradılmasında əsas məqsəd sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakının təmin edilməsidir.

Tarix:

20 Avqust, 2026