ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb
21 Aprel, 2025

   Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində ”Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 51) təsis edilib.

AZSTAND/TK 51 uşaq məhsullarının təhlükəsizliyini və keyfiyyətini artırmaq üçün uşaq avadanlıqları, uşaq meydançaları, oyuncaqlar, habelə uşaqlara aid nəşriyyat, velosipedlər, tekstil parçaları, dəri məmulatları, geyim, baş geyimləri, ayaqqabılar, bədənə qulluq avadanlıqları və digər uşaq malları üzrə  müvafiq dövlət, beynəlxalq, regional və dövlətlərarası texniki reqlamenlərdə əks olunan istinad standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb.

Belə ki, Texniki komitənin fəaliyyəti ilə uşaq məhsullarının istehsalında və idxalında beynəlxalq təcrübəyə uyğun keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqi daha sistemli şəkildə həyata keçiriləcək. Bu, uşaqların sağlamlığını təhlükəyə ata biləcək məhsulların bazara çıxışının qarşısının alınmasına və etibarlı məhsulların əldə edilməsinə töhfə verəcək.

Məlumat üçün bildirək ki, AZSTAND/TK 51-in  strukturuna dövlət və özəl təşkilatlar daxil edilib.

Qeyd: Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görüləcək işlərin icrası məqsədilə 17 aprel 2025-ci il tarixli AZSTAND/Q-58/2025 nömrəli Qərar ilə yaradılıb.

 

Tarix:

21 Aprel, 2025