ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi ISO/TK 301 Texniki Komitənin plenar və işçi qruplarının iclaslarında iştirak edib
11 Noyabr, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Aytac Qasımlı Fransa Standartlaşdırma Assosiasiyası (AFNOR) tərəfindən təşkil edilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 301 “Enerji menecmenti və enerjiyə qənaət” Texniki Komitəsinin plenar və işçi qruplarının iclaslarında iştirak edib.

Sözügedən Texniki Komitəyə üzv ölkələrin standartlaşdırma qurumlarının 50-dən çox təmsilçisinin qatıldığı tədbirlərdə enerji idarəetməsi və enerji qənaəti sahəsində aktual məsələlər, işçi qruplarının fəaliyyəti, eləcə də beynəlxalq standartların hazırlanması və yenilənməsi istiqamətində görülən işlər müzakirə edilib.

Əlavə olaraq, “ISO/TC 301/WG 18 - Enerji məlumatlarının toplanması planı” işçi qrupunun iclasında müvafiq sahədə beynəlxalq standartın layihəsi və sənədin növbəti mərhələdə təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tarix:

11 Noyabr, 2026