ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
6 Noyabr, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) növbəti iclası keçirilib.

İclasda AZSTAND əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “AzinTelecom” MMC, “SOCAR Downstream Management” MMC, SOCAR-AQŞ, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu və “GLENSOL” şirkətinin nümayəndələri iştirak ediblər.

İclas zamanı AZSTAND TK-08-in fəaliyyət planına uyğun olaraq, müvafiq beynəlxalq standartlar əsasında işlənib hazırlanmış AZS ISO/IEC 17024:2026 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün ümumi tələblər”, AZS ISO 19011:2026 “İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd” və AZS ISO 29001:2026 “Neft, neft-kimya və təbii qaz sənayesi. Sektora xas keyfiyyəti idarəetmə sistemləri. Məhsul və xidmət təchiz edən təşkilatlar üçün tələblər” dövlət standartlarının layihələri müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı rəy və təkliflər nəzərdən keçirilib, sənədlərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, konsensus əsasında razılaşdırılmış standart layihələrinin qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi qərara alınıb.

Daha sonra AZSTAND/TK 08-in tərkibində maraqlı tərəflərin iştirakının artırılması və texniki komitənin fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə yeni üzvlərin qəbul edilməsinə qərar verilib.

 

 

Tarix:

6 Noyabr, 2026