ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
23 Noyabr, 2026

Yeni dövlət standartının tətbiqi şəxslərin bilik, bacarıq və peşəkar səriştələrinin obyektiv və etibarlı şəkildə qiymətləndirilməsinə, sertifikatlaşdırma prosesində şəffaflığın və etimadın artırılmasına, eləcə də verilən sertifikatların milli və beynəlxalq səviyyədə tanınmasına şərait yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün ümumi tələblər” dövlət standartının yeni versiyası ISO/IEC 17024:2026 “Conformity assessment - General requirements for bodies operating certification of persons” beynəlxalq standartı əsasında qəbul edilib. 

Bu dövlət standartı şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanların səriştəliliyinə, qərəzsizliyinə və fəaliyyətinin ardıcıllığına dair ümumi tələbləri müəyyən edir.

Sözügedən dövlət standartı AZSTAND-ın nəzdində təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


Tarix:

23 Noyabr, 2026