ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND və ASTM International arasında əməkdaşlıq çərçivəsində onlayn maarifləndirici sessiya keçiriləcək
13 Noyabr, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Amerika Test və Materiallar Cəmiyyəti (ASTM International) arasında əməkdaşlıq çərçivəsində ASTM standartlarına həsr olunmuş onlayn maarifləndirici sessiya təşkil ediləcək.

Sessiyanın keçirilməsində əsas məqsəd ASTM International tərəfindən hazırlanan standartlar, onların müxtəlif sahələrdə tətbiqi, tətbiq imkanları və praktiki əhəmiyyəti barədə iştirakçıların məlumatlılığının artırılması, eləcə də beynəlxalq standartların istifadəsinin təşviq edilməsidir.

Onlayn sessiya 25 noyabr 2026-cı il tarixində, saat 15:00-dan 17:00-dək keçiriləcək.

İştirak etmək istəyən şəxslər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:

Qeydiyyat linki: https://forms.gle/EWaWBbdY149VmSN78 



 

Tarix:

13 Noyabr, 2026