Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə AZS ISO/IEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” və AZS 498:2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırma qaydası” standartları üzrə təlim keçiriləcək.
Təlim AZSTAND-ın Məhsulların və xidmətlərin sertifikatlaşdırılması şöbəsinin müdiri Habil Hümbətov tərəfindən aparılacaq.
Təlim çərçivəsində AZS ISO/IEC 17065:2021 standartının məqsədi, tətbiq sahəsi, əsas anlayışları və tələbləri ətraflı izah olunacaq. Proqramda məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair tələblər, qərəzsizliyin təmin edilməsi, sertifikatlaşdırma fəaliyyətinin idarə olunması, resurslara dair tələblər, sertifikatlaşdırma prosesinin mərhələləri, uyğunluğun qiymətləndirilməsi, qərarların qəbul edilməsi və sertifikatlaşdırma fəaliyyətinin sənədləşdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, AZS 498:2022 standartı əsasında malların sertifikatlaşdırılması qaydaları və bu prosesin praktiki tətbiqi barədə məlumat veriləcək.
Təlimin məqsədi iştirakçıların məhsul, proses və xidmətlərin sertifikatlaşdırılması sahəsində bilik və praktiki bacarıqlarını artırmaq, AZS ISO/IEC 17065:2021 və AZS 498:2022 standartlarının tələblərini düzgün tətbiq etmək bacarıqlarını inkişaf etdirmək, eləcə də sertifikatlaşdırma fəaliyyətinin səmərəliliyinin və etibarlılığının yüksəldilməsinə töhfə verməkdir.
Təlimdə məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən orqanların əməkdaşları, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislər, keyfiyyət menecerləri, auditorlar, eləcə də müvafiq sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən digər maraqlı şəxslər iştirak edə bilərlər.
Tarix: 2 - 4 dekabr 2026-cı il.
Qeydiyyat üçün əlaqəli şəxs:
İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,
Tel: (+994 12) 514 96 03 (dax: 115)
mob: (+994 55) 201 18 60
E-mail: z.hagverdiyeva@azstand.gov.az
