ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

2026-cı ilin 5 ayı ərzində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən standartlaşdırma sahəsində görülən işlər
17 İyun, 2026

    2026-cı ilin 5 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə əsasən, ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərin icrası məqsədilə prioritet istiqamətlərə dair qəbul edilmiş Dövlət Proqramlarında yer alan tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər də nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 195 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

1. Qida texnologiyası və kənd təsərrüfatı üzrə 5 dövlət standartı qəbul edilib:

1. AZS 153-2026 “Pambıq mahlıcı. Mikroneyr və xətti sıxlığın təyini metodları”.
2. AZS 152-2026 “Pambıq mahlıcı. Xüsusi qırılma yükünün müəyyən edilmə üsulları”. 
3. AZS 995:2026 (O z Dst 629:2021) “Pambıq mahlıcı. Rəng və xarici görnüşün müəyyən olunma metodları”.
4. AZS 998:2026 (ГОСТ 31435-2011) “Sənaye qrenası. Texniki şərtlər”.
5. AZS 1000:2026 (СТБ 2601-2022) “Ağızdan istifadə edilən nikotin tərkibli məmulatlar. Texniki şərtlər”.

2. Nəqliyyat sahəsi üzrə 29 dövlət standartı qəbul edilib:
1. AZS 993:2026 (ГОСТ P 70716-2023) “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər”.
2. AZS ECE 21:2026 “Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar”.
3. AZS ISO 6742-2:2026 “Velosipedlər - İşıqlandırma cihazları və retro-reflektiv cihazlar - Hissə 2: Retro-reflektiv cihazlar”.
4. AZS ECE 85:2026 “Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin və ya elektrik dartı sistemlərinin rəsmi təsdiqinə dair vahid müddəalar”.
5. AZS ISO 8098:2026 “Velosipedlər - Kiçik yaşlı uşaqlar üçün velosipedlərə dair təhlükəsizlik tələbləri”.
6. AZS ECE 51:2026  “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar’’.
7. AZS ECE 16:2026 “Təsdiq üçün vahid müddəalar: I. Mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sərnişinləri üçün təhlükəsizlik kəmərləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemləri və ISOFIX uşaq saxlayıcı sistemləri; II. Təhlükəsizlik kəmərləri, təhlükəsizlik kəməri xatırlatma sistemləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemlər ISOFIX  uşaq saxlayıcı sistemləri və İ- ölçülü uşaq saxlayıcı sistemləri ilə təchiz edilmiş nəqliyyat vasitələri”.
8.  AZS ECE 9:2026 (UN Regulation N=9)     “Səs emissiyası baxımından L2,L4, və L5 kateqoriyalı  nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”. 
9.  AZS ECE 10:2026 (UN Regulation N=10)    “Elektromaqnit uyğunluğu ilə bağlı  nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”.
10.  AZS ECE 11:2026 (UN Regulation N=10)  “Qapı kilidləri və qapının saxlayıcı qurğuları ilə bağlı  nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid  müddəalar”.
11.  AZS  ECE 12:2026 (UN Regulation N=10)    “Zərbə zamanı sürücünün sükan idarə olunma sistemindən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”.
12.  AZS ECE 13 H:2026  (UN Regulation N=13H)  “Sərnişin avtomobillərinin əyləc sistemləri baxımından rəsmi təsdiqinə dair vahid müddəalar”.
13.  AZS ECE 14-2026 (UN Regulation N=14)    “Təhlükəsizlik kəmərlərinin bərkidilməsi, baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”.
14.  AZS  ECE 17:2026 (UN Regulation N=17)    “Oturacaqlar, onların bərkitmələri və başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”.
15. AZS ECE 25:2026 (UN Regulation N=26)    “Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid müddəalar”.
16. AZS ECE 26:2026 (UN Regulation N=26) “Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”.
17.  AZS ECE 37:2026 (UN Regulation N=37)    “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının  təsdiq edilmiş fənərlərində istifadəsi üçün nəzərdə tutulmuş közərmə lampalarının rəsmi təsdiqinə dair vahid müddəalar”.
18. AZS  ГОСТ 7.2.2.02:2026 “Dizel mühərriklərinin,traktorların və özüyeriyən kənd təsərrüfatı maşınlarının işlənmiş qazlarının qeyri - şəffaflığını təyin etmək üçün standartlar və üsullar”.
19. AZS ГОСТ 20062:2026    “Traktor oturacağı”.
20. AZS ГОСТ 32774:2026    “Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorları - dartma qurğuları”.
21.  AZS ISO 27850:2026    “Kənd təsərrüfatı və meşə təsərrüfatı üçün  traktorlar - düşən predmetlərdən qoruyucu konstruksiyaları - sınaq prosedurları və işçi xarakteristikaya tələblər”.
22. AZS ISO 8084:2026    “Meşə təsərrüfatı üçün maşınlar - operatorun qoruyucu strukturları - laboratoriya  sınaqları və performans tələblər”.
23. AZS ISO 11169:2026    “Meşə təsərrüfatı üçün maşınlar - təkərli xüsusi maşınlar - lüğət əyləc sistemlərinin sınaq üsulları və işə yararlılıq meyarları”.
24. AZS ISO 5700:2026    “Kənd təsərrüfatı və meşə təsərrüfatı üçün  traktorlar - aşmaya qarşı quruyucu qurluşlar - statik sınaqların metodu və qəbul şərtləri”.
25. AZS ISO 11512:2026 “Meşə təsərrüfatı üçün texnika - tırtıllı xüsusi maşınlar əyləc sistemlərinin işə yararlılıq meyarları”.
26. AZS EN 1853:2026       “Kənd təsərrüfatı  texnikası - qoşqular - təhlükəsizlik”.
27. AZS  ECE 112:2026  “Asimmetrik keçid şüası və ya hərəkət şüasıvə ya hər ikisini yayanvə filament lampaları və ya işıq saçan diod (LED) modulları ilə təchiz edilmiş avtomobil faralarının təsdiqi ilə bağlı vahid müddəalar”.
28. AZS ECE 113:2026      “Simmetrik ötürmə şüası və ya hərəkət şüası və ya hər ikisini yayan və filament, qazboşaltma işıq mənbələri və ya (LED) dair modulları ilə təchiz edilmiş avtomobil faralarının təsdiqi ilə bağlı vahid müddəalar”.
29. AZS ISO 3795:2026 (ISO 3795:2019)    “Yol nəqliyyat vasitələri, kənd təsərrüfatı və meşə təsərrüfatı üçün traktorlar və maşınlar - Daxili materialların yanma xüsusiyyətlərinin təyin edilməsi”.

3. Uşaq malları üzrə 24 dövlət standartı qəbul edilib:
1. AZS EN 1273:2026 “Uşaq - qulluq ləvazimatları - Uşaq yerimə arabaları - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
2. AZS EN 14350:2026 “Uşaq qulluq ləvazimatları - İçmək üçün ləvazimatlar - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
3. AZS EN 16780:2026 “Uşaqlara qulluq üçün tekstil məhsulları - Beşik qoruyucuları üçün  təhlükəsizlik tələbləri və sınaq üsulları”.
4. AZS EN 1400:2026 “Uşağın istifadəsi və qulluğu üçün ləvazimatlar - Körpələr və azyaşlı uşaqlar üçün əmziklər - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
5. AZS EN 1466:2026 “Uşaq - qulluq ləvazimatları - Evdə istifadə üçün daşınan uşaq çarpayıları və altlıqları - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
6. AZS EN 14682:2026 “Uşaq geyimlərinin təhlükəsizliyi - Uşaq geyimlərində qaytan və büzmə iplər - texniki xüsusiyyətləri”.
7. AZS EN 16779-1:2026 “Uşaqlara qulluq üçün tekstil məhsulları - Uşaqlar üçün çarpayı yorğanları ilə bağlı təhlükəsizlik tələbləri və sınaq metodları - Hissə 1: Yorğan (yorğan örtükləri istisna olmaqla)”.
8. AZS EN 17022:2026 “Uşaq qulluq ləvazimatları - Yuyunma vasitələri - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
9. AZS EN 17072:2026 “Uşaq qulluq ləvazimatları - Vannalar, altlıqlar və qeyri-müstəqil yuyunma vasitələri - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
10. AZS IEC 62115:2026 “Elektrik oyuncaqlar — Təhlükəsizlik tələbləri”.
11. AZS ГОСТ 34399:2026    “Oyuncaqlar. Qoruyucu-dekorativ örtük və səth boyanması.Təhlükəsizlik tələbləri və nəzarət metodlar”.
12. AZS ГОСТ 35099:2026    “Oyuncaqlar. Təsnifat. Terminlər və təriflər”.
13. AZS EN 1176-1:2026  “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 1: Ümumi təhlükəsizlik tələbləri və sınaq üsulları”.
14. AZS EN 1176-2:2026 “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 2: Yelləncəklər üçün əlavə xüsusi təhlükəsizlik tələbləri və sınaq üsulları”.
15. AZS EN 1176-3:2026 “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 3: Sürüşkənlər üçün əlavə xüsusi təhlükəsizlik tələbləri və sınaq üsulları”.
16. AZS EN 1176-4:2026 “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 4: Kanat yolları üçün əlavə xüsusi təhlükəsizlik tələbləri və sınaq üsulları”.
17. AZS EN 1176-5:2026 “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 5: Karusellər üçün əlavə xüsusi təhlükəsizlik tələbləri və sınaq üsulları”.
18. AZS EN 1176-6:2026 “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 6: Yırğalanan avadanlıqlar üçün əlavə xüsusi təhlükəsizlik tələbləri və sınaq üsullar”.
19. AZS EN 1176-7:2026 “Oyun meydançası avadanlıqları və səth örtüyü -Hissə 7: Quraşdırma, yoxlama, texniki baxış və istismar üzrə təlimat”.
20. AZS EN 1176-10:2026 “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 10: Tam qapalı oyun avadanlıqları üçün əlavə xüsusi təhlükəsizlik tələbləri və sınaq üsullar”.
21. AZS EN 1176-11:2026 “Oyun meydançası üçün avadanlıqlar və səth örtüyü – Hissə 11: Məkan şəbəkəsi üçün əlavə xüsusi təhlükəsizlik tələbləri və sınaq üsullar”.
22. AZS EN 1177:2026 “Zərbəni zəiflədən oyun meydançası örtüyü - Zərbəni zəiflətmə dərəcəsini təyin etmək üçün sınaq üsulları”.
23. AZS ГОСТ 33602:2026 “Uşaq meydançaları üçün avadanlıqlar və örtüklər”.
24. AZS ГОСТ Р 52557:2026 “Uşaq Bezləri. Ümumi texniki şərtlər”.

4. Sənədləşdirmə və nəşriyyat üzrə 3  dövlət standartı qəbul edilib:
1. AZS ISO 3297:2026 “İnformasiya və sənədləşdirmə. Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)”.
2. AZS ISO 6357:2026 “Sənədləşdirmə. Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı”.
3. AZS ISO 22300:2026 “Təhlükəsizlik və davamlılıq. Lüğət”.

5. Energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika üzrə 9 dövlət standartı qəbul edilib: 

1.  AZS ГОСТ 23172:2026 “Stasionar qazanlar.Terminlər və təriflər”.

2.    AZS IEC 62552-3:2026 “Məişət soyuducu cihazları - Xüsusiyyətlər və sınaq üsulları - 3-cü hissə; Enerji istehlakı və həcm”.
3.    AZS IEC 62933-2-1:2026 “Elektrik enerjisi saxlanc(EES) sistemləri HİSSƏ 2-1; Qurğunun parametrləri və sınaq üsulları - Ümumi şərtlər”.
4.    AZS IEC 62552-2:2026 “Məişət soyuducu cihazları - Xüsusiyyətlər və sınaq üsulları - 2-ci hissə; Performans tələblər”.
5.    AZS EN 13032-4:2026 “İşıq və işıqlandırma - Lampalar və işıqlandırma avadanlıqlarının fotometrik göstəricilərinin ölçülməsi və təqdim edilməsi - 4-cü hissə: LED lampalar, modullar və işıqlandırma avadanlıqları”.
6.    AZS EN 13215:2026 “Soyutma üçün kondensasiya qurğuları. Nominal şərtlər, kənarlaşmalar və istehsalçı tərəfindən təqdim olunan performans göstəricilər”.
7.    AZS   EN 14825:2026 “Yerləşgələrin isidilməsi və soyudulması , kommersiya məqsədli və texnoloji soyudulması üçün elektriklə işləyən kompressorları olan hava kondinsionerləri maye soyutma sistemləri və istilik nasosları - Qismən yüklənmə şəraitində sınaq və qiymətləndirmə, mövsümi effektivliyin hesablanması”.
8.    AZS    EN 13032-5:2026    “İşıq və işıqlandırma - Lampalar və çıraqların işıqlandırma fotometrik məlumatlarının ölçülməsi və təqdimatı  - 5-ci hissə: Yol işıqlandırılması üçün istifadə olunan çıraqlar üzrə məlumatların təqdimatı işıqlandırma avadanlıqları”.
9.    AZS    EN 14511-2:2026    “Elektriklə idarə olunan kompressorlarla təchiz olunmuş kondinsionerlər, maye soyutma sistemləri və otağın isidilməsi və soyudulması üçün istilik nasosları, texnoloji soyuducular - 2-ci hissə sınaq şəraiti”.

6. İdarəetmə və keyfiyyət üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri. Tələblər və istifadə üçün təlimat".
2. AZS ISO TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar”.
3.  AZS   IEC 31010:2026 “Risklərin idarə olunması. Risklərin qiymətləndirilməsi üsulları”.

7. Mebel sahəsi üzrə 41 dövlət standartı qəbul edilib: 
1. AZS EN 716-1:2026 “Mebel - Uşaq çarpayıları və məişətdə istifadə üçün nəzərdə tutulmuş qatlanan uşaq çarpayıları - Hissə 1: Təhlükəsizlik tələbləri”.
2. AZS EN 1272:2026 “Uşaq qulluq ləvazimatları - Masaya quraşdırılan stullar - Təhlükəsizlik tələbləri və sınaq üsullar”.
3. AZS ГОСТ 24220:2026  “Mebel parçaları. Ümumi texniki şərtlər”.
4. AZS ГОСТ 34873:2026  “Mebel üçün dəri. Texniki şərtlər”.
5. AZS EN 527-2:2026 “Ofis mebeli İş masaları - Hissə 2: Təhlükəsizlik, güc və davamlılıq tələbləri”.
6. AZS EN 581-1:2026 “Açıq məkanlarda istifadə olunan mebellər. Düşərgə və məişət üçün masa və oturacaqlar - Hissə 1: Ümumi təhlükəsizlik tələbləri”.
7. AZS EN 581-2:2026 “Açıq məkanlarda istifadə olunan mebellər. Düşərgə və məişət üçün masa və oturacaqlar - Hissə 2: Mexanik təhlükəsizlik tələbləri və sınaq üsullar”.
8. AZS EN 581-3:2026 “Açıq məkanda istifadə olunan mebellər. Düşərgə və məişət üçün masa və oturacaqlar - Hissə 3: Masalar üçün mexaniki təhlükəsizlik tələbləri”.
9. AZS EN 1023-2:2026 “Ofis mebeli — Bölücü panellər — Hissə 2: Mexaniki təhlükəsizlik tələblər”.
10. AZS EN 1729-1:2026 “Mebel. Təhsil müəssisələri üçün stul və stollar - Hissə 1: Funksional ölçülər”.
11. AZS ГОСТ 20400:2026 “Mebel istehsalı məhsulları. Termin və təriflər”.
12. AZS ГОСТ 22360:2026 “Nümayiş və laboratoriya üçün sorucu dolablar. Tiplər və
funksional ölçülər”.
13. AZS ГОСТ 22361:2026 “Tədris texniki vasitələri üçün altlıqlar. Tiplər və funksional ölçülər”.
14. AZS ГОСТ 23190:2026 “Kitab ticarəti üçün mebel. Ümumi texniki şərtlər”.
15. AZS ГОСТ 23508:2026 “Anbar sahələri üçün kitab ticarəti mebeli. Ümumi texniki şərtlər”.
16. AZS ГОСТ 26682:2026 “Məktəbəqədər müəssisələr üçün mebel. Funksional ölçülər”.
17. AZS ГОСТ 26756:2026 “Pərakəndə satış üçün mebel. Ümumi texniki şərtlər”.
18. AZS ГОСT 30210:2026 “Mebel. İkimərtəbəli çarpayıların sınaq metodları".
19. AZS ГОСТ 28777:2026 “Mebel. Uşaq çarpayıları. Sınaq üsulları”.
20. AZS ГОСТ Р 50052:2026 “Çərçivəli mebel. Sürüşən qapılar. Sınaq üsulları”.
21. AZS ГОСТ 16143:2026 “Taxta və taxta materiallarından hazırlanmış detallar və məmulatlar. Şəffaf lak örtüklərinin parlaqlığının təyin edilməsi üsulları”
22. AZS ГОСТ 27627:2026 “Taxta və taxta materiallarından hazırlanmış detallar və məmulatlar. Qoruyucu-dekorativ örtüklərin ləkə əmələ gəlməsinə qarşı davamlılığının təyini üsulu”.
23. AZS ГОСТ 28102:2026    “Çərçivəli mebel. Mebel içi asma boruların sınaq üsülları”.
24. AZS ГОСТ 28105:2026 “Çərçivəli mebellər və masalar. Çəkilə bilən siyirtmələrin və yarım siyirtmələrin sınaq üsulları”
25. AZS ГОСТ 28136:2026 “Divara quraşdırılan çərçivəli mebel. Möhkəmliyə dair sınaq üsulları”.
26. AZS ГОСТ 30099:2026    “Stollar. Sınaq üsulları”.
27. AZS ГОСТ 30209:2026    “Çərçivəli mebel. Sürüşgən qapılar. Sınaq üsulları”.
28. AZS ГОСТ 33095:2026    “Taxta və taxta materiallarından hazırlanmış mebellər üçün qoruyucu-dekorativ örtüklər.Təsnifat və işarələnmə”.
29. AZS ГОСТ P 50204:2026 “Jurnal və yazı masaları. Sınaq üsulları”.
30 AZS СТБ 1268:2026 “Qatlanan və transformasiya olunan mebel. Masalar. Ümumi texniki tələblər və sınaq metodları”.
31. AZS ГОСТ 20902:2026 “Məktəb üçün yemək masaları. Funksional ölçülər”.
32. AZS ГОСТ 18666:2026    “Tədris vəsaitləri üçün dolablar. Funksional ölçülər”.
33. AZS ГОСТ 19301.1:2026 “Məktəbəqədər uşaqlar üçün mebel. Masaların funksional ölçüləri”.
34. AZS ГОСТ 19917:2026 “Oturma və uzanma üçün mebel. Ümumi texniki şərtlər”.
35. AZS ГОСТ 22046:2026 “Təhsil müəssisələri üçün mebel. Ümumi texniki şərtlər”.
36. AZS ГОСТ 18314:2026     “Tədris laboratoriya masaları. Funksional ölçülər”.
37. AZS ГОСТ 18607:2026    “Təqdimat masaları. Funksional ölçülər”.
38. AZS ГОСТ 16371:2026    “Mebellər. Ümumi texniki şərtlər”.
39. AZS ГОСТ 16854:2026    “Auditoriya kresloları. Ümumi texniki şərtlər”.
40. AZS ГОСТ 19301.2:2026 “Məktəbəqədər uşaqlar üçün mebel. Stulların funksional ölçüləri”.
41. AZS ГОСТ 19301.3:2026 “Məktəbəqədər uşaqlar üçün mebel. Çarpayıların funksional ölçüləri”.

8. Hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər  üzrə 2 dövlət  standartı qəbul edilib:
1. AZS ISO 4414:2026 “Pnevmointiqallı sistemlər, onların komponentləri ilə bağlı ümumi qaydalar və təhlükəsizlik tələbləri”.
2. AZS ГОСТ 24856:2026 “Boru kəməri armaturu. Terminlər və təriflər”.

9. Neft-qaz, kimya və əlaqəli texnologiyalar sahəsi üzrə 5 dövlət standartı qəbul edilib:
1. AZS ГОСТ 15.109:2026 “Məhsulun işlənib hazırlanması və istehsala buraxılması sistemi. Sənaye partlayıcı materialları”.
2. AZS ГОСТ 194:2026 “Texniki difenilamin. Texniki şərtlər”.
3. AZS ГОСТ 33732:2026 “Pirotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri”.
4. AZS ГОСТ 33950:2026 “Pirotexniki məmulatlar. Sınaq metodları”.
5. AZS ГОСТ 31371.1:2026 "Təbii qaz. Qaz xromatoqrafiyası üsulu ilə tərkibin təyini və qeyri-müəyyənliyin qiymətləndirilməsi. Hissə 1. Ümumi məlumatlar və tərkibin təyini".

10. Bina qurğuları üzrə 2 dövlət standartı qəbul edilib:
1. AZS ГОСТ 33984.2:2026 "Liftlər. Sertifikatlaşdırma zamanı tədqiqat (sınaq və ölçmələrin aparılma qayda və metodları. Nümunə götürmə qaydaları".
2. AZS ГОСТ 33984.3:2026 “Liftlər. Liftin təhlükəsizlik qurğularının sertifikatlaşdırılması aparılarkən tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunələrin götürülmə qaydaları”.

11. Zərgərlik sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:
1. AZS EN 12472:2026 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu”.

12. Turizm sahəsi üzrə 4 dövlət standartı qəbul edilib:
1. AZS ISO 3163:2026 “Macəra turizmi — Lüğət”.
2. AZS ISO 21101:2026 "Macəra turizmi — Təhlükəsizlik idarəetmə sistemləri — Tələblər"
3. AZS ISO 21103:2026 "Macəra turizmi — İştirakçılar üçün məlumat".
4. AZS OİC/SMİİC 9:2026 “Halal turizm xidmətləri.Ümumi tələblər”.

13. Əməyin təhlükəsizliyi üzrə 1 dövlət standartı qəbul edilib:
1.    AZS ГОСТ 12.2.002:2026    “Əməyin təhlükəsizliyi standartları sistemi - kənd təsərrüfatı texnikası - təhlükəsizliyin qiymətləndirilməsi üsulları”.

14. Tekstil və dəri texnologiyası üzrə 33 dövlət standartı qəbul edilib:
1.    AZS ISO 1833-3:2026  (ISO 1833-3:2020)     “Toxuculuq mәmulatları – Kimyәvi kәmiyyәt analizi -3-cü hissә: Asetatın digәr müәyyәn liflәrlә qarışığı (asetondan istifadә üsulu)”.
2.    AZS ISO 1833-5:2026 (ISO 1833-5:2006)  “Toxuculuq mәmulatları -Kimyәvi kәmiyyәt analizi -5-ci hissә: Viskoza, kupro vә ya modal liflәri ilәpambıq liflәrinin qarışıqları (natrium sinkatdanistifadә üsulu)”.
3.    AZS ISO 1833-8:2026  (ISO 1833-8:2006) "Toxuculuq mәmulatları - Kimyәvi kәmiyyәt analizi -8-ci hissә: Asetat vә triasetat liflәrinin qarışığı (asetondan istifadә üsulu).
4.    AZS ISO 1833-12:2026(ISO 1833-12:2020)    “Toxuculuq mәmulatları -Kimyәvi kәmiyyәt analizi -12-ci hissә: Akril, bəzi modakrillər, bəzi xlorliflәr, bəzi elastan liflәrinin digər müәyyәn liflәrlә qarışıqları (dimetilformamiddәn istifadәüsulu)”.
5.    AZS ISO 1833-18:2026 (ISO 1833-18:2020)  “Toxuculuq mәmulatları - Kimyәvi kәmiyyәt analizi - 18-ci hissә: İpәyin yun vә ya digәr heyvan tüklәri ilə qarışığı (sulfat turşusundan istifadә üsulu)”.
6.    AZS ISO 1833-19:2026 (ISO 1833-19:2006)    “Toxuculuq mәmulatları - Kimyәvi kәmiyyәt analizi - 19-cu hissә: Sellüloza liflәri ilә asbest qarışığı (qızdırılma üsulu)”.
7.    AZS ISO 1833-22:2026 (ISO 1833-22:2020)  “Toxuculuq mәmulatları - Kimyәvi kәmiyyәt analizi - 22-ci hissә: Viskoz vә ya müәyyәn növ kupro vә ya modal vә ya liyosell ilә flaks liflәri qarışığı (qarışqa turşusu vә sink xloriddәn istifadә üsulu)”.
8.    AZS ISO 1833-25:2026 (ISO 1833-25:2020)    “Toxuculuq mәmulatları - Kimyәvi kәmiyyәt analizi - 25-ci hissә: Poliesterin digәr müәyyәn liflәrlә qarışığı (trixlorasetat turşusu vә xloroformdan istifadә üsulu)”.
9.    AZS ISO 1833-26:2026 (ISO 1833-26:2020)    “Toxuculuq mәmulatları - Kimyәvi kәmiyyәt analizi - 26-cı hissә: Melaminin digər müәyyәn digәr liflәrlә qarışığı (isti qarışqa turşusundan istifadә üsulu)”.
10.    AZS ISO 11111-1:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 1: Ümumi tələblər”.
11.    AZS ISO 11111-2:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqlar”.
12.    AZS ISO 11111-3:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 3: Toxunmamış materialların istehsalı avadanlıqları”.
13.    AZS ISO 11111-4:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 4: İpliyin emal edilməsi, kanat və ip istehsalı avadanlıqları”.
14.    AZS ISO 11111-5:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 5: Toxuma və trikotaj məhsulların hazırlanması avadanlıqları”.
15.    AZS ISO 11111-6:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 6: Parça istehsalı avadanlıqları”.
16.    AZS ISO 11111-7:2026 “Tekstil avadanlıqları - Təhlükəsizlik tələbləri - Hissə 7: Boyama və işləmə avadanlıqları”.
17.    AZS ГОСТ 3897:2026 “Trikotaj məmulatlar. Markalama, qablaşdırma, daşınma və saxlanma”.
18.    AZS ГОСТ 5007:2026 “Trikotaj əlcək məmulatları. Ümumi texniki şərtlər”.
19.    AZS ГОСТ 9009:2026 “Su keçirməyən apretli plaşlıq pambıq parça”.
20.    AZS ГОСТ 11027:2026 “Pambıq parçadan xovlu və vafli toxunuşlu parçalar və ədədi məmulatlar. Ümumi texniki şərtlər”.
21.    AZS ГОСТ 11381:2026 “Pambıq parçadan əl yaylıqları. Ümumi texniki şərtlər”.
22.    AZS ГОСТ 5274:25026 “Trikotaj şərf və yaylıqlar. Ümumi texniki şərtlər”.
23.    AZS ГОСТ 30351:2026 “Poliamidlər, poliamid liflər, parçalar, plyonkalar. Qalıq kaprolaktamın və aşağımolyekullu birləşmələrin və onların suya miqrasiya konsentrasiyasının müəyyən edilməsi. Maye və qaz-maye xromatoqrafiyası metodları”.
24.    AZS ГОСТ Р 50729:2026 “Toxuculuq materialları. Sərbəst formaldehidin maksimum yolverilən konsentrasiyalar”.
25.    AZS ГОСТ 3673:2026 “Layka. Texniki şərtlər”.
26.    AZS ГОСТ 5665:2026 “Sərtliyi təmin edən kətan və yarımkətan astar parçası. Ümumi texniki şərtlər”.
27.     AZS ГОСТ 5710:2026 “Kürklük qoyun dərisindən və xəz velürdən istehsal olunan geyim. Ümumi texniki şərtlər”.
28.    AZS ГОСТ 6752:2026 “Təbii ipək və kimyəvi saplardan toxunmuş yaylıqlar. Ümumi texniki şərtlər”.
29.    AZS ГОСТ 6803:2026 “Gümüşü-qara, platin, qara-qonur, qar tülkülərinin işlənmiş dəriləri. Texniki şərtlər”.
30.    AZS ГОСТ 7069:2026 “Xəz yaxalıqlar, manjetlər və işləmələr. Texniki şərtlər”.
31.    AZS СТБ 1017:2026 “Pambıq və qarışıq materialdan olan məxməri və vafli toxunuşlu parçalar və ədədli məmulatlar. Ümumi texniki şərtlər”.
32.    AZS ГОСТ 485:2026 “Ayaqqabıların üstü üçün yuft. Texniki şərtlər”.
33.    AZS ГОСТ 939:2026  “Ayaqqabıların üstü üçün dəri. Texniki şərtlər”.

15. Maşınqayırma üzrə 32 dövlət standartı qəbul edilib:
1.    AZS EN  1492-1:2026 “Tekstil sapandlar" Təhlükəsizlik - Hissə -1 Ümumi təyinatlısüni liflərdən hazırlanan düz hörgülü sapandlar”.
2.    AZS EN  1492-:2:2026 “Tekstil sapandlar" Təhlükəsizlik - Hissə -2 Ümumi təyinatlısüni liflərdən hazırlanan dəyirmi sapandlar”.
3.    AZS EN  1492-4:2026 “Tekstil sapandlar" Təhlükəsizlik - Hissə -4 Təbii və süni lifli kəndirlərdən  hazırlanan ümumi təyinatlı yükqaldırma  sapandları”.
4.    AZS ISO 13849-1:2026 (ISO 13849-1-2023) “Maşınların təhlükəsizliyi — idarəetmə sistemlərinin təhlükəsizliklə əlaqəli komponentləri — Hissə 1: Layihələndirmə üçün ümumi prinsipləri”.
5.    AZS ISO 13849-2:2026 (ISO 13849-2:2012) “Maşınların təhlükəsizliyi — İdarəetmə sistemlərinin təhlükəsizliklə əlaqəli komponentləri — 2-ci hissə: Validasiya”.
6.    AZS ISO 13851:2026 (ISO 13851:2019) “Maşınların təhlükəsizliyi — iki əlli idarəetmə cihazları — Layihələndirmə və seçim prinsipləri”.
7.    AZS ISO 13855:2026  (ISO 13855:2024) “Maşınların təhlükəsizliyi — insan bədəninin yaxınlaşması nəzərə alınmaqla qoruyucu vasitələrin yerləşdirilməsi”.
8.    AZS ISO 13856-1:2026  (ISO 13856-1:2013) “Maşınların təhlükəsizliyi — Təzyiqə həssas mühafizə qurğuları — 1-ci hissə: Təzyiqə həssas mühafizə döşəklərinin və təzyiqə həssas mühafizə döşəmələrinin layihələndirilməsi və sınağı üçün ümumi prinsiplər”.
9.    AZS ISO 14118:2026 (ISO 14118:2017)     “Maşınların təhlükəsizliyi — Gözlənilməz işə salınmanın qarşısının alınması”.
10.    AZS ISO 14122-3:2026 (ISO 14122-3:2016) “Maşınların təhlükəsizliyi — Maşınlara daimi giriş vasitələri - Hissə 3: Pilləkənlər, nərdivanlar və qoruyucu məhəccərlər”.
11.    AZS ISO 14122-4:2026 (ISO 14122-4:2016) “Maşınların təhlükəsizliyi — Maşınlara daimi giriş vasitələri - Hissə 4: Stasionar pilləkənlər”.
12.    AZS ISO 14123-2:2026 (ISO 14123-2:2015) “Maşınların Təhlükəsizliyi - Maşınlar tərəfindən buraxılan təhlükəli maddələr nəticəsində sağlamlıq üçün risklərin azaldılması - Hissə 2: Yoxlama prosedurlarına aparan metodologiya”.
13.    AZS ISO 14253-1:2026 (ISO 14253-1:2017 “Həndəsi məhsul spesifikasiyaları — İş parçalarının və ölçmə avadanlığının ölçmə yolu ilə yoxlanılması — Hissə 1: Spesifikasiyalara uyğunluğun və ya uyğunsuzluğun təsdiqi üçün qərar qaydaları”.
14.    AZS ISO 15534-3:2026 (ISO 15534-3:2000) “Maşınların təhlükəsizliyi üçün erqonomik layihələndirmə - Hissə 3: Antropometrik məlumatlar”.
15.    AZS ISO 20643:2026 (ISO 20643:2005) “Mexaniki vibrasiya — Əllə tutulan və əl ilə idarə olunan maşınlar — Vibrasiya emissiyasının qiymətləndirilməsi prinsipləri”.
16.    AZS ISO 21940-21:2026 (ISO 21940-21:2022)     “Mexaniki vibrasiya — Rotorların balanslaşdırılması. 21-ci hissə: Balanslaşdırma maşınlarının təsviri və qiymətləndirilməsi”.
17.    AZS ISO 14120:2026 (ISO 14120:2015) “Maşınların təhlükəsizliyi — Qoruyucu vasitələr — Stasionar və daşına bilən qoruyucu vasitələrin layihələndirilməsi və konstı üçün ümumi tələblər”. 
18.    AZS EN 1093-1:2026 (EN 1093-1:1998) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - Hissə 1: Test metodlarının seçilməsi”.
19.    AZS EN 1093-2:2026 (EN 1093-2:2006+A1) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 2-ci hissə: Müəyyən bir çirkləndiricinin emissiya sürətinin ölçülməsi üçün izləyici qaz metodu”.
20.    AZS EN 1093-3:2026 (EN 1093-3:2006+A1) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi - 3-cü hissə: Müəyyən bir çirkləndiricinin emissiya sürətinin ölçülməsi üçün sınaq stendi metodu".
21.    AZS EN 1093-4:2026 (EN 1093-4:1996+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi – 4-cü hissə: Sorma (egzoz) sisteminin tutma səmərəliliyinin qiymətləndirilməsi – İzləyici metod”.
22.    AZS EN 1093-6:2026 (EN 1093-6:1998+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi – 6-cı hissə: Kütlə əsaslı ayırma səmərəliliyi– kanalsız çıxış”.
23.    AZS EN 1093-7:2026 (EN 1093-7:1998+A1) “Maşınların təhlükəsizliyi - Havaya yayılan təhlükəli - maddələrin emissiyasının qiymətləndirilməsi Hissə 7: Kütləyə görə ayrılma səmərəliliyi, kanal çıxışı”.
24.    AZS EN 1093-8:2026 (EN 1093-8:1998+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi – 8-ci hissə: Çirkləndirici konsentrasiyası parametri, sınaq stendi metodu”.
25.    AZS EN 1093-9:2026 (EN 1093-9:1998+A1) “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi – 9-cu hissə: Çirkləndirici maddələrin konsentrasiyası göstəricisi, otaq metodu”.
26.    AZS EN 1093-11:2026 (EN 1093-11:2001+A1)     “Maşınların təhlükəsizliyi – Havaya yayılan təhlükəli maddələrin emissiyasının qiymətləndirilməsi – 11-ci hissə: Zərərsizləşdirmə indeksi”.
27.     AZS EN 1493:2026 (EN 1493:2022) “Nəqliyyat vasitəsi qaldırıcıları”.
28.     AZS EN 1494:2026 (EN 1494:2002+A1) “Mobil və ya daşına bilən domkratlar və əlaqəli qaldırma avadanlıqları”.
29.     AZS EN 1837:2026 (EN 1837:2020) “Maşınların təhlükəsizliyi – Maşınların inteqrasiya olunmuş işıqlandırılması”.
30.    AZS EN 15997:2026 (EN 15997:2011)    “Bütün relyefli nəqliyyat vasitələri (ATV-lər — kvadrosikllər) — Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
31.     AZS EN 614-2:2026 (EN 614-2:2000+A1) “Maşınların təhlükəsizliyi – Erqonomik dizayn prinsipləri – Hissə 2: Maşınların dizaynı ilə iş tapşırıqları arasındakı qarşılıqlı əlaqələr”.
32.    AZS EN 981:2026 (EN 981:1996+A1 “Maşınların təhlükəsizliyi – Eşitmə və görmə əsaslı təhlükə və məlumat siqnalları sistemi”.

16. İstehlak malları üzrə 1 dövlət standartı qəbul edilib:
1.    AZS ГОСТ 30698:2026 “Bərkidilmiş şüşə. Texniki şərtlər”.

Eyni zamanda 19 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib:
1. AZS ECE 21-2012 “Avtonəqliyyat vasitələrinin daxili avadanlıqlarının rəsmi təsdiqinə dair vahid göstərişlər”.
2. AZS 153-2005 “Pambıq mahlıcı. Mikroneyr və xətti sıxlığın təyini metodları”.
3. AZS 152-2005 “Pambıq mahlıcı. Xüsusi qırılma yükünün müəyyən edilmə üsulları”.
4. AZS ECE 85:2012 “Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin  rəsmi təsdiqinə dair vahid göstərişlər”.
5. AZS ECE 51-2012 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
6. AZS ECE 16-2012 “I. Mexaniki nəqliyyat vasitələrində olan şəxslər üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin, qoruyucu sistemlərin, uşaqlar üçün qoruyucu sistemlərin və uşaqlar üçün ISOFIX qoruyucu sistemlərin; II. Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaqlar üçün qoruyucu sistemlər və uşaqlar üçün ISOFIX qoruyucu sistemlər ilə təchiz olunmuş nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
7. AZS 599-2026 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri Texniki tələblər” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilmişdir.
8. AZS 841-2015 (CAC/MRL 2-2015) “Yeyinti məhsullarında baytarlıq preparatları qalıqlarına dair yol verilən maksimum konsentrasiyalar (YMK) və risklərin idarəedilməsi üzrə tövsiyələr”.
9. AZS 842-2015 (CAC/RCP1-2015) “Qida gigiyenasının ümumi prinsipləri. Tövsiyə edilən beynəlxalq təcrübə kodeksi”.
10. AZS ECE 9-2012 “Yaratdıqları səslə bağlı üç təkərli nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
11. AZS ECE 10-2012 “Elektromaqnit uyğunluqla əlaqədar nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
12. AZS ECE 11-2012 “Qıfıllar və qapıların bərkitmə qurğuları baxımından mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
13. AZS ECE 12-2012 “Sürücünün sükan idarə olunma sisteminə zərbədən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
14. AZS ECE 13H-2012 “Yaratdıqları səslə bağlı üç təkərli nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
15. AZS ECE 14-2012 “Təhlükəsizlik kəmərlərinin bərkidilməsi, ISOFIX bərkitmə sistemləri və İSOFİX yuxarı sığortalayıcı trosun bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
16. AZS ECE 17-2012 “Oturacaqlar, onların bərkitmələri və istənilən başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
17. AZS ECE 25-2012 “Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid göstərişlər”.
18. AZS ECE 26-2012 “Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
19. AZS ECE 37-2012 “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün közərmə lampalarının rəsmi təsdiqinə dair vahid göstərişlər”.

19 dövlət standartı ləğv edilib:
1. AZS ECE 21-2012 “Avtonəqliyyat vasitələrinin daxili avadanlıqlarının rəsmi təsdiqinə dair vahid göstərişlər”.
2. AZS 153-2005 “Pambıq mahlıcı. Mikroneyr və xətti sıxlığın təyini metodları”.
3. AZS 152-2005 “Pambıq mahlıcı. Xüsusi qırılma yükünün müəyyən edilmə üsulları”.
4. AZS ECE 85:2012 “Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin  rəsmi təsdiqinə dair vahid göstərişlər”.
5. AZS ECE 51-2012 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
6. AZS ECE 16-2012 “I. Mexaniki nəqliyyat vasitələrində olan şəxslər üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin, qoruyucu sistemlərin, uşaqlar üçün qoruyucu sistemlərin və uşaqlar üçün ISOFIX qoruyucu sistemlərin; II. Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaqlar üçün qoruyucu sistemlər və uşaqlar üçün ISOFIX qoruyucu sistemlər ilə təchiz olunmuş nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.”
7. AZS ECE 9-2012 “Yaratdıqları səslə bağlı üç təkərli nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
8. AZS ECE 10-2012 “Elektromaqnit uyğunluqla əlaqədar nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
9. AZS ECE 11-2012 “Qıfıllar və qapıların bərkitmə qurğuları baxımından mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
10. AZS ECE 12-2012 “Sürücünün sükan idarə olunma sisteminə zərbədən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
11. AZS ECE 13H-2012 “Yaratdıqları səslə bağlı üç təkərli nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
12. AZS ECE 14-2012 “Təhlükəsizlik kəmərlərinin bərkidilməsi, İSOFİX bərkitmə sistemləri və İSOFİX yuxarı sığortalayıcı trosun bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
13. AZS ECE 17-2012 “Oturacaqlar, onların bərkitmələri və istənilən başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
14. AZS ECE 25-2012 “Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid göstərişlər”.
15. AZS ECE 26-2012 “Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
16. AZS ECE 37-2012 “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün közərmə lampalarının rəsmi təsdiqinə dair vahid göstərişlər.
17. AZS 941-2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər”.
18. AZS 841-2015 (CAC/MRL 2-2015) “Yeyinti məhsullarında baytarlıq preparatları qalıqlarına dair yol verilən maksimum konsentrasiyalar (YMK) və risklərin idarəedilməsi üzrə tövsiyələr”.
19. AZS 842-2015 (CAC/RCP1-2015) “Qida gigiyenasının ümumi prinsipləri. Tövsiyə edilən beynəlxalq təcrübə kodeksi”.

Sahibkarların müraciəti əsasında 68 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.


 

Tarix:

17 İyun, 2026