ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən ISO/IEC 17025:2017 standartı əsasında daxili auditor təlimi təşkil olunub
4 İyun, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı əsasında daxili auditor təlimi təşkil olunub.

Təlimdə Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətinin və “Azəralüminium” MMC-nin nümayəndələri iştirak ediblər.

Türkiyənin “Esenek” Tədris Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən keçirilən təlimin məqsədi ölkədə sınaq və kalibrlənmə laboratoriyalarının fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun şəkildə təşkil olunması, o cümlədən personalın peşəkarlıq səviyyəsinin və səriştəliliyinin artırılmasıdır. 

Qeyd edək ki, təlimin yekununda təqdim olunacaq sertifikatlar Böyük Britaniyanın beynəlxalq “IRCA” təşkilatında qeydiyyata alınacaq.

Tarix:

4 İyun, 2026