ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi Braziliya Federativ Respublikasında Texniki Komitənin iclasında iştirak edib
5 İyun, 2025

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Braziliya Federativ Respublikasının Rio-de-Janeyro şəhərinə işgüzar səfər edib. Səfər zamanı AZSTAND nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (ISO/TC 228) iclasında iştirak edib.

 “Braziliya Texniki Standartlar Assosiasiyası”nın (ABNT) təşkilatçılığı ilə baş tutan iclasa Azərbaycanla yanaşı İspaniya Standartlaşdırma Assosiasiyası (UNE), Yaponiya Sənaye Standartları Komitəsi (JISC), Britaniya Standartlar İnstitutu (BSI), İtaliya Standartlar Qurumu (UNI), Koreya Texnologiya və Standartlar Agentliyi (KATS), Çin Standartlaşdırma İdarəsi (SAC), Monteneqro Standartlaşdırma İnstitutu (ISME) və digər ölkələrin standartlaşdırma üzrə qurumlarından ümumilikdə 72 nümayəndə qatılıb.

Tədbir zamanı təqdim edilmiş beynəlxalq standart layihələri ətrafında geniş müzakirələr aparılıb, bu layihələrə dair üzv ölkələrin rəy və təklifləri nəzərdən keçirilib.

Bundan əlavə, turizm sahəsində hazırlanacaq yeni standart layihələri üzrə işçi qruplarda fəaliyyət göstərəcək ekspertlərin təyinatı müzakirə olunub.

Sözügedən tədbirin yekununda Komitənin strateji sənədlərinin, o cümlədən Strateji Biznes Planının yenilənməsi, bəzi mövcud standartların etibarlılığının uzadılması ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin növbəti illərdə keçiriləcək plenar iclaslarla bağlı ilkin razılaşmalar əldə olunub.

Tarix:

5 İyun, 2025