Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTANDART) Çin Xalq Respublikasının Ticarət Nazirliyinin (Ministry Of Commerce People'S Republic Of China (MOFCOM)) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı beynəlxalq standartlaşdırma sahəsində təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran standartların qəbulu, o cümlədən iqlim dəyişikliyi və rəqəmsal iqtisadiyyata dair beynəlxalq standartların təşviqi, eləcə də standartlaşdırma ilə əlaqədar digər fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin AZSTANDART və Çin Standartlaşdırma Administrasiyası (SAC) arasında imzalanmış Anlaşma Memorandumunun bəndlərinin icrası məqsədilə hazırlanan Fəaliyyət Planındakı müddəaların müzakirəsi baş tutub.