ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Halal qida məhsulları və halal sertifikatlaşdırma orqanları üzrə yeni dövlət standartları qəbul edilib
28 Dekabr, 2022

İstehlakçılarda halal sertifikatlaşdırılmış məhsullar barədə etibarın formalaşdırılması məqsədilə AZS OIC/SMIIC 1:2022 “Halal qida üçün ümumi tələblər” və AZS OIC/SMIIC 2:2022 “Uyğunluğun qiymətləndirilməsi - halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün tələblər” dövlət standartları qəbul edilib.

Dövlət standartları "Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Dövlət standartları islam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində qidanın və onun tərkib hissələrinin istehsalı, emalı, paylanması, saxlanması və idarəedilməsi daxil olmaqla, hər mərhələdə riayət edilməsi vacib olan ümumi qaydalarını və halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətlərinə olan tələbləri əhatə edir.

 

Tarix:

28 Dekabr, 2022