Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi-Bacarıq sınağı üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” standartı əsasında daxili auditor təlimi keçiriləcək.
Təlim 2026-cı ilin 25-26 may tarixlərində Esenek eğitim mərkəzinin rəhbəri, beynəlxalq təcrübəyə malik təlimçi Halil Çelik tərəfindən keçiriləcək.
Təlimin məqsədi iştirakçıların bacarıq sınağı (Proficiency Testing – PT) proqramlarının beynəlxalq standartlara uyğun şəkildə planlaşdırılması, təşkili, idarə olunması və nəticələrinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Bu təlim Sınaq və kalibrləmə laboratoriyalarının əməkdaşları, keyfiyyət menecerləri, auditorlar, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılara ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi-Bacarıq sınağı üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” standartı üzrə daxili auditor sertifikatı təqdim olunacaq.
Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva
Tel: (+994 12) 514 96 03 (dax:115)
mob: (+994 55) 201 18 60
E-mail: z.hagverdiyeva@azstand.gov.az.
