ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İstixana Qazlarının Emissiyalarının (İXQ) monitorinqi, hesabatı və verifikasiyasına dair seminar keçirilib.
17 Noyabr, 2023

Almaniyanın Milli Metrologiya İnstitutu (PTB) tərəfindən maliyyələşdirilən “Yaşıl transformasiya üçün keyfiyyət infrastrukturu” layihəsi çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Akkreditasiya Mərkəzində (AZAK) görüşlər keçirilib.

Eyni zamanda, Avropa İttifaqı (Aİ) Emissiyalarının Ticarət Sistemi çərçivəsində istixana qazlarının emissiyalarının monitorinqi, hesabatı və verifikasiyasına (MRV) dair seminar baş tutub. 
Seminarda Aİ Emissiyalarının Ticarət Sistemi çərçivəsində istixana qazlarının emissiyalarının verifikasiyası sxemi – İXQ emissiyalarının monitorinqi və hesabatı – operatorlar üçün tələblər, verifikasiya və validasiya keçirən orqanlar üçün tələblər və onları akkreditasiya edən akkreditasiya orqanları üçün tələblər müzakirə edilib.

Seminarda AZSTAND, ETSN və AZAK, digər dövlət qurumları və özəl şirkətlərin 30-dan çox nümayəndəsi iştirak edib.

Xatırladaq ki, Avropa İttifaqının Emissiya Ticarət Sistemi bir sıra direktiv və qaydalar  əsasında formalaşır. Sözügedən sistemlə karbon vahidləri, emissiyaya icazələr, məcburi və könüllü müddəalar, operatorların hesabatları, verifikasiya sxemləri və bu sxemlər üzrə operatorların fəaliyyəti və monitorinq planı, həmçinin, bu operatorların fəaliyyətinin validasiya və verifikasiya orqanları tərəfindən yoxlanılması və təsdiqi, həmçinin, validasiya və verifikasiya orqanlarının akkreditasiyası və digər münasibətləri tənzimlənir. 

Qeyd: Almaniyanın Milli Metrologiya İnstitutu (PTB) tərəfindən maliyyələşdirilən “yaşıl transformasiya üçün keyfiyyət infrastrukturu” layihəsinin əsas benefisiarı Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), layihənin tərəfdaşları isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Akkreditasiya Mərkəzidir (AZAK).
Layihənin əsas məqsədi istixana qazlarının validasiya (müəyyən olunmuş tələblərin fərz edilən istifadə ilə əlaqədar olduğu verifikasiyadır) və verifikasiyası (verilmiş obyektin müəyyən olunmuş tələblərə uyğun olduğuna dair obyektiv dəlillərin təqdim olunması)  sahəsində müvafiq standartların qəbul edilməsi, qəbul edilən standartlar əsasında təlimlərin keçirilməsi, istixana qazlarının validasiya və verifikasiya sahəsi üzrə akkreditasiya sxeminin formalaşdırılmasıdır.

 

Tarix:

17 Noyabr, 2023