ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə enerji menecmenti sahəsində yeni dövlət standartı qəbul edilib
5 İyun, 2025

Yeni dövlət standartının qəbulu ölkənin energetika sektorunda səmərəliliyin yüksəldilməsinə, o cümlədən qlobal enerji bazarında rəqabətqabiliyyətliliyin artırılmasına şərait yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 50003:2025 “Enerji menecment sistemləri - Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” dövlət standartı qəbul edilib.

Sözügedən standart enerji menecmenti sistemlərinin audit proseslərini tənzimləməklə müəssisələrə enerji resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq. Bu standart həm də Enerji Menecmenti Sistemlərinin (EMS) auditi və sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün səriştəlilik, ardıcıllıq və qərəzsizlik tələblərini müəyyən edir.

Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

 

Tarix:

5 İyun, 2025