Azərbaycan Standartlaşdırma İnstitutunun struktur bölməsi olan Uyğunluğun qiymətləndirilməsi departamenti 14.07.2017-ci il tarixindən məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı kimi ISO/IEC 17065 beynəlxalq standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuşdur.
Departament Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən istehsal, idxal və ixrac olunan ərzaq və kənd təsərrüfatı, sənaye məhsullarının, eləcə də xidmət sahələrinin sertifikatlaşdırılması istiqamətlərində fəaliyyət göstərir.
Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq və dövlətlərarası standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır.