ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Malların və xidmətlərin sertifikatlaşdırılması

Sertifikatlaşdırma bütün maraqlı tərəflərə məhsulun, prosesin və ya xidmətin göstərilən tələblərə cavab verdiyinə əminlik yaradan bir vasitədir. Sertifikatlaşdırmanın rolu üçüncü tərəfdən göstərilən tələblərin yerinə yetirilməsinin qərəzsiz və səlahiyyətli nümayişi ilə qurulan inam və etibar dərəcəsidir. Məhsulların, proseslərin və ya xidmətlərin sertifikatlaşdırılması onların standartlarda və digər normativ sənədlərdə göstərilən tələblərə uyğunluğuna zəmanət verir.

Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq, dövlətlərarası və milli standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır. 

Məhsul və xidmətlərin sertifikatlaşdırılması aşağıdakı funksiyaları həyata keçirir:

•    bazarda insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq;

•    istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;

•    Respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Beynəlxalq əməkdaşlıq