keyfiyyəti idarəetmə sisteminə dair sertifikatı mövcud olan müəssisənin malı davamlı şəkildə buraxmaq qabiliyyətini təsdiqləyən məlumatı (Əlavə D üzrə tələb olunan məlumat) - 2,6,8-ci sxemlər üzrə tələb olunur;
materiallara, komplektləşdirici məmulatlara və ya məmulatların tərkib hissələrinə dair uyğunluq sertifikatları və ya sınaq protokolları (mövcud olduqda);
qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışı.
2
İdxal olunan mal partiyası üzrə:
2.1
alqı-satqı müqaviləsi;
2.2
idxal olunan mallara dair hesab-faktura (invoys);
2.3
sifarişçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;
2.4
idxal olunan mala dair xarici mənşəli uğunluq sənədləri;
2.5
laboratoriyaların akkreditasiyası üzrə beynəlxalq təşkilata (İLAC- International Laboratory Accreditation Cooperation) üzv olan Akkreditasiya orqanları tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyalarının sınaq nəticələri (mövcud olduqda);
2.6
malın istifadə təlimatı (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduqda);
2.7
sertifikatlaşdırılan malın növünə uyğun olaraq uyğunluğun qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarında və texniki reqlamentlərdə nəzərdə tutulmuş digər sənədlər;
2.8
qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışı.
Sifarişə əlavə edilən sənədlərin surətləri sifarişçinin imzası və/və ya möhürü ilə təsdiq edilməlidir (möhür olmadıqda imza ilə təsdiq edilir).