Uyğunluğun qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğun olmalıdır. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir.
Uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri standartlaşdırma üzrə müvafiq normativ sənədlərin tələblərinə riayət etmədikləri təqdirdə, bu istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.