| Azərbaycan Respublikasında malların sertifikatlaşdırılması üçün tətbiq edilən sertifikatlaşdırma sxemləri | ||||||
| Sxemin nömrəsi | Sxemlərin elementləri | Tətbiqi | Uyğunluğu təsdiq edən sənəd | Uyğunluq sertifikatının qüvvədə olma müddəti | ||
| Sınaq və ölçmələr | İstehsalatın qiymətləndirilməsi | Sertifikatlaşdırılan malın dövri qiymətləndirilməsi | ||||
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 1s | Mal nümunəsinin sınağı | İstehsalatın vəziyyətinin qiymətləndirilməsi | - | Sifarişçi istehsalçı olduqda seriya ilə istehsal olunan mallara. | Seriya ilə istehsal edilən mala dair uyğunluq sertifikatı | 1 il |
| 2s | Mal nümunəsinin sınağı | İdarəetmə sisteminin qiymətləndirilməsi | Malın eyniləşdirilməsi və mal nümunəsinin sınağı | Sifarişçi istehsalçı idxalçı olduqda və istehsalçının sertifikatlaşdırılmış keyfiyyət və (və ya) qida təhlükəsizliyi idarəetmə sistemi olduqda, seriya ilə istehsal olunan mallara | 2 il (İdarəetmə sisteminin sertifikatının qüvvədə olma müddətindən çox olmamaq şərtilə) | |
| 3s | Mal nümunəsinin sınağı | - | - | Sifarişçi istehsalçı idxalçı (satıcı) olduqda mal partiyasına. | Mal partiyası üçün uyğunluq sertifikatı | Malın saxlanma şəraiti, yararlıq müddəti nəzərə alınmaqla sertifikatlaşdırmanı aparan UQQ tərəfindən, lakin bir ildən artıq olmayaraq müəyyən edilir |
| 4s | Mal nümunəsinin sınağı | - | - | Sifarişçi istehsalçı, idxalçı olduqda, vahid məmulata. Əgər məmulatın sınağı və ölçülməsi məmulatı dağıtmadan aparılırsa | Vahid mal üçün uyğunluq sertifikatı | 1 il |
| 5s | Mal layihəsinin tədqiqi | İstehsalatın vəziyyətinin qiymətləndirilməsi | - | Sifarişçi istehsalçı olduqda, hazır malın sınağı və ölçülməsi zamanı müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək tamamilə mümkün olmadığı və ya çətin olduğu hallarda | mal üçün uyğunluq sertifikatı | 1 il |
| 6s | Mal layihəsinin tədqiqi | İdarəetmə sisteminin qiymətləndirilməsi | Malın eyniləşdirilməsi, mal nümunəsinin sınağı (ölçülməsi) vasitəsilə | Sifarişçi istehsalçı olduqda,İstehsalçının sertifiklaşdırılmış keyfiyyət və ( və ya) qida təhlükəsizliyi idarəetmə sistemi olduqda seriya ilə istehsal olunan mallara. (Hazır malın sınağı və ölçülməsi zamanı müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək tamamilə mümkün olmadığı və ya çətin olduğu halda) | mal üçün uyğunluq sertifikatı | 2 il (İdarəetmə sertifikatının qüvvədə olma müddətindən çox olmamaq şərtilə) |
| 7s | Mal tipinin təsdiqi | İstehsalatın vəziyyətinin qiymətləndirilməsi | - | Sifarişçi istehsalçı olduqda, seriyalı istehsal məqsədilə planlaşdırılan mallar, eyni zamanda əhəmiyyətli dərəcədə malın modifikasiyası nəzərdə tutulduğu halda | Seriya ilə istehsal edilən mal üçün uyğunluq sertifikatı | 1 il |
| 8s | Mal tipinin təsdiqi | İdarəetmə sisteminin qiymətləndirilməsi | Malın eyniləşdirilməsi, mal nümunəsinin sınağı (ölçülməsi) vasitəsilə | Sifarişçi istehsalçı olduqda, keyfiyyət və (və ya) qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə sertifiklaşdırılmış seriyalı istehsal məqsədilə planlaşdırılan mallar, eyni zamanda əhəmiyyətli dərəcədə malın modifikasiyası nəzərdə tutulduğu halda | Seriya ilə istehsal edilən mal üçün uyğunluq sertifikatı | 2 il |
| 9s | Təqdim olunan xarici mənşəli uyğunluq sənədlərinin tanınması | - | - | Sifarişçi istehsalçı, idxalçı (satıcı) olduqda, idxalçı ölkənin Azərbaycan Respublikası ilə xarici uyğunluq sənədlərinin qarşılıqlı tanınmaya dair ikitərəfli razılaşması olan ölkələrdən Azərbaycan Respublikasına vahid mal və partiya ilə idxal olduqda. | vahid mal, partiya | Malın saxlanma şəraiti, yararlıq müddəti nəzərə alınmaqla sertifikatlaşdırmanı aparan UQQ tərəfindən bir ildən artıq olmayaraq müəyyən edilir |
| 10s | Mal nümunəsinin sınağı | İstehsalatın vəziyyətinin qiymətləndirilməsi | - | Sifarişçi idxalçı olduqda, Azərbaycan Respublikasına seriya ilə istehsal olunan mal idxal olduqda. | Seriya ilə istehsal edilən mal üçün uyğunluq sertifikatı | 3 ildən çox olmayaraq |