“Azərbaycan Standartlaşdırma İnstitutu” publik huquqi şəxsin Səyyar asfalt-beton sınaq laboratoriyası 2014-cü ildən etibarən fəaliyyət göstərir.
Laboratoriyada asfalt-betonun, betonun, qırmadaş və çınqılın, qumun, ələnti qumunun (otsev) Avropa standartlarının tələblərinə cavab verən avadanlıqlardan istifadə etməklə keyfiyyət sınaqları aparılır. Azərbaycanda asfalt-beton qarışığının və asfalt beton yollarının keyfiyyət göstəricilərini təyin etmək üçün ilk və yeganə səyyar asfalt-beton sınaq laboratoriyasıdır. Laboratoriya tam səyyar olaraq fəaliyyət göstərir və qısa vaxtda ölkəmizin müxtəlif bölgələrinə getməklə asfalt-beton nümunələrinin götürülməsi və yerindəcə sınaqların aparılmasını həyata keçirir.
Səyyar asfalt-beton sınaq laboratoriyasına “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq AZ 01.0496.01.20 №-li akkreditasiya attestatı verilib.
Fəaliyyətə başladığı gündən sözügedən sınaq laboratoriyası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Respublika ərazisində, xüsusilə Bakı şəhərinin mərkəzi küçə və prospektlərində, qəsəbələr arası avtomobil yollarında aparılan yeni müasir yol çəkilişlərində laborator sınaqlarla keyfiyyətə nəzarəti həyata keçirir. Bundan əlavə laboratoriya Fomula-1 Avropa Qran Prisi tədbiri çərçivəsində yol çəkişilişləri zamanı keyfiyyətə nəzarət xidmətlərini həyata keçirmiş və bu fəaliyyət alman mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Laboratoriyada aparılan sınaqlar barədə məlumat
1. Asfaltbeton qarşığının temperaturunun təyini.
2. Asfaltbeton qarşığının tərkibinin təyini (Ekstrasiya testi)
3. Asfaltbeton qarşığından nümunənin (Marşalın) hazırlanması.
4. Nümunənin orta sıxlığının təyini.
5. Nümunənin qalıq məsaməliyinin təyini.
6. Marşall stabilliyi-kN təyini.
7. Axıcılıq həddi-mm təyini.
8. Asfaltbeton qarşığının həqiqi sıxlığının təyini.
9. Asfaltbetondan nümunə (Kern) götürməklə kipləşməsinin, orta sıxlığının və qalınlığının təyini (φ 50, φ 100, φ 150)
10.Troxler cihazı vasitəsi ilə (Model 2701-B) asfaltbeton yolunu radiodalğalar vasitəsi ilə kipləşməsinin təyini.
11. Asfaltbetonun alt hissəsinin (Qrunt) kipləşməsinin deflektometrlə (ZFG-2000) təyini.
12. 3 metrəlik xətkeş ilə asfaltbeton örtüyünün səthi düzlüyünün təyini.
13. Qırmadaşın fraksiya tərkibinin, doğranmış dənələrin %-lə miqdarının, yastı və iynəvari dənələrin, tozvari və gil hissəciklərinin miqdarının, nəmliyinin və orta sıxlığının təyini.
14. Qumun fraksiya tərkibinin, irilik modulunun, tozvari və gil hissəciklərinin miqdarının, yumurlanmış gil miqdarının, nəmliyin və orta sıxlığının təyini.
15. Beton nümunələrinin sıxılmada möhkəmliyinin (markasının), beton qarışığının orta sıxlığının, betonun su udmasının, betonun nəmliyinin təyini.