ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Yüngül sənaye məhsullarının sınaq laboratoriyası

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin nəzdində Yüngül sənaye məhsullarının sınaq laboratoriyası 2017-ci ilin may ayından fəaliyyət göstərir. Laboratoriya ən yeni texnologiya ilə istehsal edilmiş avadanlıq və ölçmə vasitələri ilə təchiz olunmuşdur. Sınaq laboratoriyası Almaniya, ABŞ, Yaponiya və Rusiyada istehsal edilmiş cihaz və avadanlıqlarla təmin edilmişdir. Sınaq laboratoriyasında yüngül sənaye məhsullarının normativ sənədlərə əsaslanaraq, fiziki-mexaniki və fiziki-kimyəvi parametrləri analiz olunur. Laboratoriyada AZS/ISO/IEC 17025-2009 “Sınaq və Kalibrlənmə laboratoriyasının səlahiyyətlərinə ümumi tələblər” standartın tələblərinə uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemi yaradılmışdır. Akkreditasiya mərkəzi orqanı tərəfindən akkreditasiya olunub və səlahiyyət müddəti 04.12.2023-ci ilə qədər  olan  AZ 010494.01.20 saylı attestatla təmin edilmişdir.

Laboratoriyada aparılan sınaqlar barədə məlumat

1. Azərbaycan Respublikasının Dövlət bayrağı

2. Pambıq mahlıcı

3. Texniki pambıq çiyidi

4. Tibbi hiqroskopik pambıq

5. İpliklər

6. Parçalar Tibbi gigiyenik bint

7. Trikotaj parçalar və məmulatlar

8. Gön-dəri,dəri məmulatları,ayaqqablar

9. Oyuncaqlar

10. Uşaq bezləri

11. Uşaqların yedizdirilməsi üçün qablar,butulkalar,əmziklər və s.

12. Xalça və xalça məmulatları

13. Məişətdə istifadə olunan plastmast və polipropilendən hazırlanan müxtəlif məhsullar

14. Kağız dəsmallar,Tulet kağızları, Kağız salfetlər

15. Kağızlar,kartonlar

16. Yataq üçün döşək və balış, yaylı döşək

17. Ayaqqabı kremləri

18. Qapı və pəncərə profilləri

19. Yun

20. Tütün məmulatları

21. Ağaç və ağac məmulatları

22. Şüşə  taralar

23. Plyonkalar

24. İnyeksiya üçün birdəfəlik steril şprislər

Beynəlxalq əməkdaşlıq