«Azərbaycan Standartlaşdırma İnstitutu» publik hüquqi şəxsdə 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktorun I müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən İlham Bayramov Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə geniş məlumat verdi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan 3 İnstitut əməkdaşına üzvlük biletləri təqdim edildi.
Tədbirin sonunda YAP üzvü olan İnstitut əməkdaşları ilə xatirə şəkli çəkildi.