ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

2022-ci ilin 6 ayı ərzində milli standartlaşdırma qurumu tərəfindən standartlaşdırma sahəsində görülən işlər
14 İyul, 2022

2022-ci ilin 6 ayı ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərə töhfə vermək, dayanıqlı və inklüziv iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramları üzrə müəyyən edilmiş tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 23 yeni dövlət standartı qəbul edilmişdir. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Aqrar və qida sahəsi üzrə 10 dövlət standartı qəbul edilib:

- AZS 908:2022 “İribuynuzlu qaramalın embrionları. Texniki şərtlər“;

- AZS 175:2022 “Təzə göy soğan Texniki şərtlər”;

- AZS 909-2022 “Likör şərablar, coğrafi göstəricisi qorunmuş likör şərablar, mənşə yerinin adı qorunmuş likör şərablar. Ümumi texniki şərtlər”;

- AZS İSO 22000:2022 "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər".

- AZS 911:2022 “Üzüm tingləri. Texniki şərtlər”;

- AZS 912:2022 “Təbii bal Texniki şərtlər” (AZS 849-2016 əvəzinə);

- AZS 913:2022 “Mühafizəedici geyimlər - Pestisidlərlə işləyənlərin mühafizəedici geyiminə istismar tədbirləri”;

- AZS 914:2022 "Koşer qida. Ümumi rəhbəredici sənəd";

- AZS 910:2022 "Kəsilmiş kənd təsərrüfatı quşlarının əlavə quş əti məhsulları (içalat, baş, boyun, ayaqlar və s.)";

- AZS 915:2022 "Təzə şüyüd. Texniki şərtlər" (AZS 176-2005 əvəzinə). 

Xidmət sahəsi üzrə 2 dövlət standartı qəbul edilib:

- AZS 906:2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər”;

- AZS 907:2022 “Avtomatik identifikasiya. Ştrixkodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları”.

Ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində 1 dövlət standartı qəbul edilib:

- AZS İSO 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik”.

Neft sahəsi üzrə 3 dövlət standartı qəbul edilib:

- AZS  İSO 2592:2021 “Neft və əlaqəli məhsullar- Klivlend üsulu ilə alışma və alovlanma temperaturlarının açıq putada təyini”;

- AZS EN 1426:2022 “Bitum və bitumlu büzücülər-iynənin batma dərinliyinin təyini”;

- AZS ASTM D1319:2022 “Flüoressent indikator adsorbsiyası ilə neft məhsularında hidrokarbonların növlərinin nəyini üsulu”.

Standartlaşdırma sisteminin əsasverici standartlarının yenilənməsi üzrə 2 dövlət standartı qəbul edilib:

- AZS 1.0:2022 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar”;

- AZS 1.2:2022 "Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Azərbaycan Respublikasının dövlət standartlarının işlənmə qaydaları" (AZS 1.2:1996 əvəzinə).

Layihə, proqram və portfelin idarə edilməsi üzrə 2 dövlət standartı qəbul edilib:

- AZS İSO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar”;

- AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Layihənin idarə edilməsinə dair təlimat”.

Qiymətli metallar və qiymətli daşlar üzrə 1 dövlət standartı qəbul edilib:

- AZS  ГОСТ P 51572:2022 “Ölçülən qızıl külçələr.Texniki şərtlər”.

İdarəetmə sistemləri sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:

- AZS İSO 10002:2022  “Keyfiyyəti idarəetmə. Müştəri məmnuniyyəti. Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd”.

Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:

- AZS PMГ 63:2022 “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət sistemi. Texnoloji proseslərin idarə edilməsi zamanı ölçmələrin səmərəliliyinin təmin edilməsi. Texnoloji sənədlərin metroloji ekspertizası”.

Eyni zamanda 12 dövlət standartının dövrü yoxlanılması aparılıb, dəyişikliklər edilib və AZSTAND tərəfindən təsdiq edilərək dövlət reyestrinə daxil olunub:

- AZS 172:2005 “Cəfəri - təzə göyərti. Texniki şərtlər” dövlət standartına;

- AZS İSO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik”;

- AZS ISO 9001:2020 "Keyfiyyəti idarəetmə sistemləri. Tələblər";

- AZS 359:2009 "BM-4 varuum yağı. Texniki şərtlər”;

- AZS  073:2001 “İ-8V və İ-30Vmarkalı yağlar . Texniki şərtlər”;

- AZS 107-2003 “Neft və neft məhsulları. Sıxlığın təyini qaydaları”;

- AZS 391-2010 “T-1500 markalı transformator yağı. Texniki şərtlər”

- AZS 609-2011 “Neft məhsulları. Ultrabənövşəyi flüoressensiya metodu ilə kükürdün miqdarının təyini”;

- AZS 611-2011 “Maye neft məhsulları. Atom -absorbsiya spektrometriya üsulu ilə qurğuşunun kiçik qatılıqlarının təyini”;

- AZS 612-2011 “Maye neft məhsulları. Etilsiz benzin. Oksigenli üzvi birləşmələrin və üzvi əlaqəli oksigenin ümumi miqdarının oksigen üzrə alovlu ionizasiya detektorundan (O-FID) istifadə edərək qaz xromotoqrafiya üsulu ilə təyini”;

- AZS 613-2011 "Neft məhsulları. Distillat yanacaqlarının oksidləşmə stabilliyinin təyini";

- AZS 473-2011 (ГОСТ 8267-93) “İnşaat işləri üçün sıx dağ süxurlarından qırmadaş və çınqıl. Texniki şərtlər”.

8 dövlət standartı ləğv edilib:

- AZS 175-2005 “Təzə göy soğan. Texniki şərtlər”;

- AZS 369-2009 “Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər;

- AZS 755-2014 “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər”;

- AZS 848-2015 (İSO 22000-2005) “Qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemləri – Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər”;

- AZS 1.0-96 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar”;

- AZS 1.2:1996 Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi Dövlət standartlarının işlənmə qaydaları;

- AZS 849:2016 Təbii bal Texniki şərtlər;

- AZS 176-2005 Təzə şüyüd. Texniki şərtlər.

Sahibkarların sifarişi əsasında 83 texniki şərtlər hazırlanmış, ekspertiza edilərək dövlət qeydiyyatına alınmışdır.

 

 

Tarix:

14 İyul, 2022