ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

2022-ci ilin I rübü ərzində milli standartlaşdırma qurumu tərəfindən standartlaşdırma sahəsində görülən işlər
23 Aprel, 2022

2022-ci ilin I rübü ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərə töhfə vermək, dayanıqlı və inklüziv iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramları üzrə müəyyən edilmiş tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 13 yeni dövlət standartı qəbul edilmişdir. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

 

Aqrar və qida sahəsi üzrə 4 dövlət standartı qəbul edilib:

- AZS 908:2022 “İribuynuzlu qaramalın embrionları. Texniki şərtlər“;

-  AZS 175:2022 “Təzə göy soğan Texniki şərtlər”;

- AZS 909-2022 “Likör şərablar, coğrafi göstəricisi qorunmuş likör şərablar, mənşə yerinin adı qorunmuş likör şərablar. Ümumi texniki şərtlər”;

- AZS İSO 22000:2022 "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər".

Xidmət sahəsi üzrə 2 dövlət standartı qəbul edilib:

- AZS 906:2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər”;

- AZS 907:2022 “Avtomatik identifikasiya. Ştrixkodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları”.

Ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində 1 dövlət standartı qəbul edilib:

- AZS İSO 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik”.

Neft sahəsi üzrə 2 dövlət standartı qəbul edilib:

- AZS  İSO 2592:2021 “Neft və əlaqəli məhsullar- Klivlend üsulu ilə alışma və alovlanma temperaturlarının açıq putada təyini”;

- AZS EN 1426:2022 “Bitum və bitumlu büzücülər-iynənin batma dərinliyinin təyini”.

Standartlaşdırma sisteminin əsasverici standartlarının yenilənməsi üzrə 1 dövlət standartı qəbul edilib:

- AZS 1.0:2022 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar”.

Layihə, proqram və portfelin idarə edilməsi üzrə 2 dövlət standartı qəbul edilib:

- AZS İSO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar”;

- AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Layihənin idarə edilməsinə dair təlimat”.

Qiymətli metallar və qiymətli daşlar üzrə 1 dövlət standartı qəbul edilib:

- AZS  ГОСТ P 51572:2022 “Ölçülən qızıl külçələr.Texniki şərtlər”.

Eyni zamanda 2 dövlət standartının dövrü yoxlanılması aparılıb, dəyişikliklər edilib və AZSTAND tərəfindən təsdiq edilərək dövlət reyestrinə daxil olunub:

- AZS 172:2005 “Cəfəri - təzə göyərti. Texniki şərtlər” dövlət standartına;

- AZS İSO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik”.

5 dövlət standartı ləğv edilib:

- AZS 175-2005 “Təzə göy soğan. Texniki şərtlər”;

- AZS 369-2009 “Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər;

- AZS 755-2014 “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər”;

- AZS 848-2015 (İSO 22000-2005) “Qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemləri – Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər”;

- AZS 1.0-96 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar”.

 

Sahibkarların sifarişi əsasında 23 texniki şərtlər hazırlanmış, ekspertiza edilərək dövlət qeydiyyatına alınmışdır.

 

 

Tarix:

23 Aprel, 2022