“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəlliflik hüquqları qorunmaqla “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin yayımını həyata keçirir.
Təşkilatların, fiziki və ya hüquqi şəxslərin müvafiq sorğuları əsasında cari ilin I rübü ərzində AZSTAND tərəfindən ümumilikdə 881 ədəd standartlaşdırma üzrə normativ sənədlər rəsmi nəşr edilərək təqdim edilmişdir. Bunlardan 24-ü idarəetmə sistemləri, 6-sı xidmət sahəsi, 532-i qida sahəsi, 319-u qeyri-qida sahəsi üzrə olan normativ sənədlərdir.