2023-cü ilin 6 ay ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərə töhfə vermək, dayanıqlı və inklüziv iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramları üzrə müəyyən edilmiş tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 37 yeni dövlət standartı qəbul edilmişdir. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
1. Aqrar və qida sahəsi üzrə 12 dövlət standartı qəbul edilib:
1. AZS 927:2023 (ТS 341-2011) “Yeməklik zeytun yağı” (AZS 838-2015 (CODEX STAN 38-1981) “Zeytun yağları və cecələrdən sıxılmış zeytun yağları” əvəzinə).
2. AZS ГОСТ 32115:2023 “Alkoqollu məhsullar və onların istehsalı üçün xammal, sərbəst və ümumi kükürd dioksidin kütlə qalığının təyini üsulu”.
3. AZS 932:2023 (TS 12298-2006) “Gübrələr-Maye”.
4. AZS 933:2023 (İSO 10382-2002) “Torpağın keyfiyyəti - Xlorüzvi pestisidlərin və polixlorlaşmış bifenillərin təyin edilməsi. Qaz xromatoqrafik üsulla elektronları tutma detektoru ilə aşkarlanması“.
5. AZS EN 1482-1:2023 “Gübrələr və əhəng məmulatları - Nümunələrin götürülməsi və nümunənin hazırlanması-1 hissə: Nümunənin götürülməsi”.
6. AZS 439-2023 (DCTУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” (AZS 439-2010 əvəzinə).
7. AZS 213-2023 (DCTУ 4135-2021) “Konfetlər. Ümumi texniki şərtlər” (AZS 213-2006 əvəzinə).
8. AZS 460-2023 (DCTУ 4228-2021) “Draje. Ümumi texniki şərtlər.” (AZS 460-2010 əvəzinə).
9. AZS TS 13412:2023 "Dəmirlə zənginləşdirilmiş buğda unu".
10. AZS TS 3997:2023 "Çəltik".
11. AZS 937:2023 “Meyvə və tərəvəzlərin emalı məhsulları. Quru maddənin ümumi tərkibinin müəyyən edilməsi üsulları”.
12. AZS 938:2023 “Qida məhsulları. Funksional qida məhsulları. Terminlər və təriflər”.
2. Ekologiya sahəsi üzrə 5 dövlət standartı qəbul edilib:
1. AZS ISO 7027-1:2023 “Suyun keyfiyyəti - Bulanıqlığın müəyyən edilməsi - Hissə 1: Kəmiyyət metodları”.
2. AZS EN 15708:2023 “Suyun keyfiyyəti - Dayaz axan sularda fitobentosun tədqiqatı, ondan nümunələrin götürülməsi və laboratoriya təhlillərinin aparılması üçün təlimat xarakterli standart”.
3. AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət”.
4. AZS ISO 28540:2023 “Suda 16 politsiklik aromatik karbohidrogenlərin (PAH) təyini. Kütlə-spektrometrik aşkarlama ilə qaz xromatoqrafiyasından istifadə üsulu (GC-MS)”.
5. AZS İSO 10304-1:2023 “Suyun keydiyyəti - İonların maye xromatoqrafiyası ilə həll olunan anionların təyini - Hissə 1 : Brom, xlorid, florid, nitrat, nitrit, fosfat və sulfatın təyini”.
3. Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələri üzrə 1 dövlət standartı qəbul edilib:
1. AZS ETSİ/EN 301 489-3:2023 “Radio avadanlığı və xidmətləri üçün Elektromaqnit Uzlaşması (EMU) standartı-3-cü hissə: 9kHs və 246 QHs arasında tezliklərdə işləyən Qısa Məsafəli Cihazlar (QMC) üçün xüsusi şərtlər - 2014/53/EU Drektivlərinin 3.1 (b) maddəsinin əsas tələblərini əhatə edən Uyğunlaşdırılmış standart”.
4. Kosmetika sahəsi üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS ГОСТ 32851:2023 “Vanna qəbulu üçün kosmetik məhsullar. Ümumi texniki tələblər”.
2. AZS 22716-2023 “Kosmetika - Yaxşı istehsal təcrübələri (YİT) -Yaxşı istehsal təcrübələrinə dair təlimatlar” dövlət standartı təsdiq edilmişdir.
3. AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika - Ümumi tələblər” (AZS TSE K-202:2014 əvəzinə).
5. Neft və kimya sənayesi üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS 934:2023 “Dizel yanacağı Avro. Texniki şərtlər” (AZS 381- 2011 əvəzinə).
2. AZS 935:2023 "Qaz Turbin Mühərrikləri üçün Jet A-1 Aviasiya Yanacağı. Texniki şərtlər” (AZS 880-2019 əvəzinə).
3. AZS 936:2023 “Daxili yanma mühərrikləri üçün yanacaq. Qurğuşunsuz benzin Texniki şərtlər” (AZS 388-2011 və AZS 059-2001 əvəzinə).
6. Ağır sənaye və maşınqayırma sahələri üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS 749-2023 “Nəqliyyat infrastrukturu obyektlərinin adlandırılması, daşınmaz əmlak obyektlərinə ünvanın verilməsi, ünvan lövhələrinin hazırlanması və quraşdırılması” (AZS 749-2013 əvəzinə).
2. AZS 931:2023 “Əlvan metallardan hazırlanan yivli birləşdirici detallar - bağlayıcılar- boltlar, vintlər, şpilkala0r və qaykalar”.
3. AZS ISO 23273:2023 “Yanacaq elementli (kameralı) yol nəqliyyat vasitələri-Texniki təhlükəsizlik xüsusiyyətləri - sıxılmış hidrogenlə əlaqəli təhlükələrdən qorunma” dövlət standartı qəbul olunmuşdur.
7. Tikinti materialları üzrə 4 dövlət standartı qəbul edilib:
1. AZS ГОСТ 31914:2023 “Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları”.
2. AZS 928:2023 “Qida obyektlərinin təşkili (planlaşdırılması) və təchizatına dair tələblər”.
3. AZS ГОСТ 32495:2023 “Xırdalanmış betondan və dəmir betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər”.
4. AZS ГОСТ 26633:2023 “Ağır və xırdadənəli betonlar.Texniki şərtlər”.
8. Qiymətli metallar və qiymətli daşlar üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS 930:2023 (ГОСТ 28595-2015) “Gümüş külçələr. Texniki şərtlər".
2. AZS ISO 8653:2023 "Zərgərlik məmulatları — Üzük ölçüləri — Anlayışlar, ölçülər və adı".
3. AZS ГОСТ P 59303:2023 “Emal edilməmiş təbii almazlar. Çeşidlənməsi və ilkin təsnifatlaşdırılması, çeşidlənməsi və sinifləndirilməsinə dair tələblər”.
9. İdarəetmə sistemləri sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:
1. AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər”.
10. Təşkilati və metodoloji sahə üzrə 2 dövlət standartı qəbul edilib:
1. AZS 1.3:2023 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənib hazırlanması, tərtiibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydaları” (AZS 1.3-2014 əvəzinə).
2. AZS 1.4:2023 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Müəssisə standartları. Ümumi müddəalar” (AZS 1.4:96 əvəzinə).
Eyni zamanda 11 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib:
1. AZS 883:2020 (ISO 17523:2016) “Səhiyyə informasiyası – Rəqəmsal reseptlərə dair tələblər” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
2. AZS 19794-2-2013 “İnformasiya texnologiyaları – Biometrik verilənlərin mübadilə formatları – Hissə 2: Minutsiya verilənləri” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
3. AZS 19794-5:2013 “İnformasiya texnologiyaları – Biometrik verilənlərin mübadiləsi formatları – Hissə 5: Üz təsvirinin verilənləri” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
4. AZS ETSI EN 302 296-2:2013 “Elektromaqnit uzlaşma və radiotezlik məsələləri (ERM); Yerüstü rəqəmli televiziya yayım (DVB-T) xidmətləri üçün verici avdanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
5. AZS IEC 62216-2013 “DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
6. AZS ISO/IEC 14496-1-2013 “İnformasiya texnologiyaları – Audio – vizual obyektlərin kodlaşdırılması – Hissə 1. Sistemlər” dövlət standartına edilmiş dəyişikliklər” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
7. AZS ISO IEC 19794-4-2013 “İnformasiya texnologiyaları – Biometrik verilənlərin mübadilə formatları – Hissə 4: Barmaq təsviri məlumatı” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
8. AZS 071-2001 “Maye ətriyyat məmulatı. Ümumi texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
9. AZS 614:2011 “Neft məhsulları. Qaz turbinləri üçün yanacağın termooksidləşmə stabilliyinin təyin edilməsi. JFTOT metodu.” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
10. AZS 342:2009 “Texniki propilen oksidi. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
11. AZS 820:2023 “Bitumlu örtük qarışıqları üçün iridənəli dolduruculara dair texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılmış və dövlət standartına 1 saylı dəyişiklik qəbul edilmişdir.
28 dövlət standartı ləğv edilib:
1. AZS 838-2015 (CODEX STAN 38-1981) “Zeytun yağları və cecələrdən sıxılmış zeytun yağları”.
2. AZS 749-2013 “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi”.
3. AZS 1.3-2014 Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları.
4. AZS 439-2010 “Karamel. Ümumi texniki şərtlər”.
5. AZS 213-2006 “Konfetlər. Ümumi texniki şərtlər”.
6. AZS 460-2010 “Draje. Ümumi texniki şərtlər”.
7. AZS 1.6:1996 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Sahə standartlarının işlənib hazırlanması, razılaşdırılması, təsdiq edilməsi və qeydiyyatı qaydaları”.
8. AZS 1.4:1996 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Müəssisə standartları. Ümumi müddəalar”.
9. AZS TSE K-202:2014 “Halal Kosmetika”.
10. AZS 381- 2011 “Avro dizel yanacağı. Texniki şərtlər”.
11. AZS 880- 2019 “Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq. Texniki şərtlər”.
12. AZS 388-2011 “Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər”.
13. AZS 059-2001 “Etilsiz avtomobil benzinləri. Texniki şərtlər”.
14. AZS СТБ 2025-2012 “Uşaqların daşınması üçün avtobuslar. Ümumi texniki tələblər”.
15. AZS BS 5400-1-2013 “Polad, beton və kompozit körpülər. Hissə 1. Ümumi müddəalar”.
16. AZS BS 5400-3-2013 “Polad, beton və kompozit körpülər. Hissə 3. Polad körpü layihəsi üçün təcrübə kodu”.
17. AZS BS 5400-4-2013 “Polad, beton və kompozit körpülər. Hissə 4. Beton/ körpü layihəsi üçün təcrübə kodu”.
18. AZS BS 5400-5-2013 “Polad, beton və kompozit körpülər. Hissə 5. Kompozit körpü layihəsi üçün təcrübə kodu”.
19. AZS BS 5400-7-2013 “Polad, beton və kompozit körpülər. Hissə 7. Material və işləmə, beton möhkəmləndirilməsi və armaturun qabaqcıl gərginləşdirilməsinin dəqiqləşdirilməsi.
20. AZS BS 5400-8-2013 “Polad, beton və kompozit körpülər. Hissə 8. Material möhkəmləndirilməsi və armaturun qabaqcıl gərginləşdirilməsi üçün tövsiyələr”.
21. AZS BS 5400-9.1-2013 “Polad, beton və kompozit körpülər. Hissə 9.1. Körpü dayaqları. Bölmə 9. Körpü dayaqları. Bölmə 9.1. Körpü dayaqlarinin layihəsi üçün təcrübə kodu”.
22. AZS BS-5400-9.2-2013 “Polad, beton və kompozit körpülər. Hissə 9. Körpü dayaqları. Bölmə 9.2.. Körpü dayaqları. Bölmə 9. Körpü dayaqlarinin materiallari, istehsal və quraşdırma xüsusiyyətləri”.
23. AZS BS-5400-10-2013 “Polad, beton və kompozit körpülər. Hissə 10. Yorğunluq üçün təcrübə kodu”.
24. AZS AASHTO DESİGİNATİO N T180-2013 “4.54 kq toxac və 457 mm enişdə istifadə olunan torpaqların nəmliyinin sıxlığı”.
25. AZS AASHTO DESİGİNATİO NM 270/M-2013 “Körpülər üçün polad konstruksiyalar”.
26. AZS AASHTO DESİGİNATİO N T 283-2013 “Sıxlaşdırılmış bitum qatışığın nəmlik nəticəsində yaranmış zərərə qarşı müqaviməti”.
27. AZS AASHTO DESİGİNATİO N M 291 M-2013 “Karbon və mürəkkəb poladdan hazırlanmış qaykalar (metrik)”.
28. AZS AASHTO DESİGİNATİO N M 293-2013 “Berkidilmiş polad halqalar”.
Sahibkarların sifarişi əsasında 92 texniki şərtlər hazırlanmış, ekspertiza edilərək dövlət qeydiyyatına alınmışdır.