27 iyul 2020-ci il tarixində Müstəqil Dövlətlər Birliyi çərçivəsində (MDB) fəaliyyət göstərən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) videokonfrans formatında 57-ci iclası keçirilmişdir.
Tədbirdə MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Akkreditasiya qurumlarının rəhbərləri, MDB-nin İcraiyyə Komitəsinin məsul işçiləri və digər nümayəndələr iştirak etmişdirlər. Milli standartlaşdırma qurumu olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru Namiq Tağıyev və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Emin Zeynalov iştirak etmişdir.
İclasda Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 2030-ci il dövrü üçün İnkişaf Strategiyasına, standartlaşdırma sahəsində Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq görülmüş işlər, 2019-2020-ci il üzrə dövlətlərarası standartlaşdırma üzrə iş proqramı haqqında, MDB çərçivəsində akkreditasiya və metrologiya fəaliyyətinin həyata keçirilməsi və digər məsələlərə baxılmışdır.