ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

ADNSU-da keyfiyyəti idarəetmə mövzusunda təlim keçirilib
25 İyun, 2023

23-24 iyun 2023-cü il tarixlərində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim heyəti üçün AZS İSO 9001:2020 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” standartı əsasında biliklərin artırılması məqsədilə təlim keçirilib.
Təlim Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.
Tədbir çərçivəsində AZSTAND-ın fəaliyyəti, milli standartlaşdırma sistemi, idarəetmə standartları, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilib.
Təlimi aparan ekspertlər təqdimatla çıxış ediblər, sonda mövzu üzrə suallar cavablandırılıb, müzakirələr aparılıb.

Tarix:

25 İyun, 2023