İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında bağlanmış əməkdaşlıq Memorandumu çərçivəsində ADNSU-nun “Cihazqayırma mühəndisliyi” kafedrasının standartlaşdırma ixtisası üzrə təhsil alan bir qrup tələbəsi “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-də (AZSTAND) 15.06.2022-25.07.2022 -ci il tarixlərində istehsalat təcrübəsi keçir.
Təcrübə müddətində tələbələrin neft-kimya, yüngül sənaye və digər sahələrlə bağlı standartlaşdırma üzrə normativ sənədlərin işlənib hazırlanması və vahid bazasının yaradılması, uyğunluğun qiymətləndirilməsi və laboratoriyalarda aparılan sınaq proseslərinə cəlb edilməsi nəzərdə tutulub.
AZSTAND-da istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.