Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsi üzrə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyətinin Almaniyaya təşkil edilmiş səfəri çərçivəsində Alman Standartlar İnstitutu (DIN) ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən hər iki qurum arasında əməkdaşlıq, standartlaşdırma sahəsində Almaniya təcrübəsinin Azərbaycanda tətbiqi, DIN standartlarının yayımı nəzərdə tutulub.
Eyni zamanda səfər zamanı Almaniya Standartlaşdırma İnstitutunun (DİN) fəaliyyət istiqamətləri üzrə təcrübə öyrənilib, beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması üzrə məlumat-sorğu mərkəzinin nümayəndələri ilə görüş keçirilib.