31 may, 1-3 iyun 2022-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Almaniya Milli Metrologiya İnstitutunun (PTB) eksperti tərəfindən «Keyfiyyət infrastrukturu» mövzusunda seminar keçirilmişdir.
Seminarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycan Akkreditasiya Mərkəzinin və Azərbaycan Metrologiya İnstitutunun mütəxəssisləri iştirak etmişdir.
Seminar çərçivəsində PTB ilə tanışlıq, beynəlxalq metrologiya, akkreditasiya, texniki tənzimləmə və standartlaşdırma, sınaq keçirmə, uyğunluğun qiymətləndirilməsi, təftiş və bazara nəzarət haqqında məlumatlar verildi, iştirakçılar ilə ekspert arasında keyfiyyət infrastrukturu mövzusu üzrə fikir mübadiləsi aparıldı.