30 noyabr 2021-ci il tarixində Azərbaycan Standartlaşdırma İnstitutunun və Amerika Neft İnstitutunun (API) əməkdaşları arasında online video-görüş keçirilib.
Görüş zamanı APİ-nin fəaliyyət istiqamətinə aid olan xidmətlər: standartların işlənib hazırlanması və satışı, uyğunluğun qiymətləndirilməsi, fərdi sertifikatlaşdırma, təlimlər və digər sahələr üzrə geniş məlumat verilmişdir. APİ və AZSTAND arasında sıx əməkdaşdlıq haqqında fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, API 1919-cu ildə ABŞ-ın Nyu York şəhərində vəkillik, sənaye statistikasının aparılması, standartlaşdırma və vergi xidməti sahəsində fəaliyyət göstərən şirkət kimi qurulub, 1924-cü ildə Birinci dünya müharibəsindən sonra şirkət, qazma sənayesində geriləməni aradan qaldırmaq məqsədi ilə ilk sənaye standartının tətbiqinə start verib. Hal hazırda sözügedən İnstitut ABŞ-da neft və qaz sənayesinin bütün seqmentlərini təmsil edir və bu günə kimi istismar və ekoloji təhlükəsizliyi, səmərəliliyi və davamlılığı artırılması üçün 700-dən çox standart hazırlayıb.