Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 10 mart 2022-ci il tarixində Amerika Test Materialları Cəmiyyəti (ASTM) tərəfindən "Standartın hazırlanması və yenidən baxılması prosesi" mövzusuna dair onlayn formatında keçirilmiş təlimdə iştirak etmişdirlər.
Təlim çərçivəsində yeni standartın layihəsinə dair kartın yaradılması, layihələrin tətbiqindən asılı olaraq hansı formada tərtib olunması, texniki komitələrə portal vasitəsilə təqdim edilməsi və səsə çıxarılması və s. kimi mövzular haqqında təqdimat keçirilmişdir. Həmçinin, mövcud standartların baxılması və yenilənməsi mövzusunda geniş müzakirələr aparılmışdır.